“Azeri Business Award - 2021” mükafatının təqdimat mərasimi keçirilib- LAUREATLARIN SİYAHISI
2022-ci il mart ayının 6-da “Buta Palace”da biznes sahəsində 2021-ci ilin yekunları üzrə “Azeri Business Award” Milli mükafatının təqdimetmə mərasimi keçirilib.
Tədbirdə bir neçə ölkələrin fövqəladə və səlahiyyətli səfirləri, müxtəlif dövlət qurumlarının, aparıcı şirkətlərin nümayəndələri, yüksək səviyyəli menecerlər, iqtisadiyyatın müxtəlif sahələrindən olan təmsilçilər, xarici qonaqlar və KİV nümayəndələri də daxil olmaqla 200 nəfər iştirak edirdi.
Bütün laureatlar iqtisadiyyatın qeyri-neftsektorunun nümayəndələridir – tibb, tikinti sahəsi, kənd təsərrüfatı, mebel istehsalı və s.
“Ticari və iqtisadi əlaqələrin inkişafına verdiyi töhvəyə görə” əsas mükafata Mərakeş Krallığının Azərbaycandakı Fövqəladə və Səlahiyyətli Səfiri Məhəmməd Adil Embarş layiq görüldü.
Yuxarıda qeyd edildiyi kimi, qonaqlar arasında Hindistan, Özbəkistan, Tacikistan və Koreya Respublikasının səfiri daxil olmaqla digər ölkələrin də diplomatik nümayəndələri iştirak edirdilər.
“Azeri Business Award” mükafatının partnyorları “Cahan Motors”, “Nabucco A&C” və “Faberlic” brendi, tədbirin dost şirkətləri isə “Caspian Coast”, “Delta Group”, “Ganja Sharab”, “Gədəbəy Mineral Suları”, “Minabi”, “Shamsi Art Studio”, “Danilov”, “Mario Russo” və "King’ Style" Tie & Parfum idi.
"Buta Palace"da təşkil edilən mükafat mərasimindən əvvəl “Azeri Business Award” mükafatına laureat şirkətlərin mal və xidmətlərinin təqdimat mərasimi təşkil edildi.
Bundan başqa "Azeri Business Award” mükafatının partnyoru “Cahan Motors” “HONGQI E-HS9” lüks avtomobilinin təqdimatını keçirdi.
Bu axşam qonaqlar və mükafatçılar canlı musiqi ifasından da məmnunluq hissi duydular.
Tədbirin informasiya tərəfdaşları arasında – Report.az, Insider.az, Urban.az, Marja.az və Navigator.az da var.
“Azeri Business Award” 2021 mükafatının laureatları
Məhəmməd Adil Embarş – Ticari və iqtisadi əlaqələrin inkişafına verdiyi töhfəyə görə
Səidə Qasımova, AZPRİNT şirkətinin təsisçisi – Mətbəə xidməti sahəsində ilin işgüzar xanımı
Ədalət Məmmədov, OPUS şirkətinin təsisçisi, memar – İlin memarı
OP.DR.Günel Bayramlı, Plastik və estetik cərrah – İlin plastik və estetik cərrahı
Yağmur-2 – Ekoloji layihələrə verdiyi töhfəyə görə
Camal LTD (İCELAND) – Dondurma istehsalı sahəsində ilin ixracatçısı
VS Energy Service – Etibarlı tərəfdaş
Voltaj Elektrik Quraşdırma və Təmir Tikinti – İlin şirkəti. İşıqlandırma sistemlərinin istehsalı
FAB Boya və Kimya Sənayesi – İlin ticarət markası
Core Construction – Tikinti sahəsində know how
Academy Estet klinikası – Kosmetologiya və estetika sahəsində əldə etdiyi yüksək nəticələrə görə
Caspian Cable Systems – İlin şirkəti. Kabel istehsalı
Şirin Su – Sahənin lideri. İçməli su məhsullarının istehsalı və çatdırılması
Glassmaster – Müştəri məmnuniyyəti
Meqa Sığorta – Ədalət və yüksək keyfiyyət standartlarına uyğun sığorta şirkəti
ADORE KOMPANİ – İlin parfümeriya və kosmetika şirkəti
FAW auto – İlin avtomobili
Farfor Home – İlin interyer aksesuarları məkanı
Artel Electronics – Məişət texnikası sahəsində ilin brendi
Business Mind Academy Business School – İnnovativ təhsil mərkəzi
Nestlé – İlin məhsulu. Uşaq qidası
KomiForest şirkətlər qrupu – Taxta materialların istehsalı sahəsində əldə etdiyi yüksək nəticələrə görə
Bəhram Bağırzadə – Milli tarix və mədəniyyətin təbliğinə verdiyi töhfəyə görə
Radio TMB – İlin uğurlu layihəsi. Türk dünyasının ilk radio platforması
TMB TV – Türk millətlərini birləşdirən mədəniyyət platforması
Müştərilərin xəbərləri
"AFB Bank" artan xərclərinin 2026-cı ildən "bar verəcəyini" gözləyir - 2025-DƏ 131 NƏFƏR İŞÇİ QƏBUL EDİB
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 19 d. əvvəl
-
- 38 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Rusiyanın xarici dövlət borcu 20 ildə ilk dəfə 60 milyard dolları keçib
-
1 saat əvvəl
Tramp: İranla razılaşma əldə etməliyik, əks halda bu, onlar üçün çox travmatik olacaq
-
2 saat əvvəl
“5 milyon manatlıq istiqrazlarımızın uğurla yerləşdirilməsi bizi həvəsləndirib”
- 2 saat əvvəl
-
2 saat əvvəl
Bank yeni “Neftçilər” filialından gözləmədiyi nəticələr əldə edib
- 17 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Rəsmi məzənnələr açıqlandı
Lombard şirkəti illik 15%-lə 2 milyon manat cəlb edir
Bank yeni “Neftçilər” filialından gözləmədiyi nəticələr əldə edib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Bakıda daha bir ünvanda "Toba" velosiped mağazası açılacaq
Azərbaycan bankı 1 ildə işçilərinin sayını 131 nəfər artırıb
Dövlət Vergi Xidmətinin rəisinə və baş idarə rəislərinə ali rütbələr verildi, işçiləri təltif edildilər - SİYAHI
Energetika naziri İranın səfirini qəbul edib - Dövlət Komissiyasının iclası keçiriləcək
2025-də Azərbaycanın qaz hasilatı 2,1%, SOCAR üzrə isə 1,4% artıb
Yanvarda dövlət büdcəsinin gəlirləri proqnozu üstələyib, 2,3 milyard manat artıqlıq yaranıb





















