Prezident Rumıniyanın energetika nazirini videoformatda qəbul edib - YENİLƏNİB
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 2-də Rumıniyanın energetika naziri Virgil-Daniel Popeskunu və Rumıniya Prezidentinin strateji layihələr üzrə xüsusi nümayəndəsi Ana Birçalı videoformatda qəbul edib.
Marja xəbər verir ki, Rumıniyanın energetika naziri Virgil-Daniel Popesku Rumıniya Prezidenti Klaus Yohannisin diplomatik əlaqələrimizin qurulmasının 30 illiyi münasibətilə və Prezident İlham Əliyevi Rumıniyaya səfərə dəvətlə bağlı dövlətimizin başçısına ünvanladığı məktubu qeyd edib.
Dövlətimizin başçısı məktuba görə minnətdarlığını Rumıniya Prezidentinə çatdırmağı xahiş edib.
Söhbət zamanı Azərbaycanla Rumıniya arasında münasibətlərin strateji tərəfdaşlıq prinsiplərinə əsaslandığı vurğulanıb və bu baxımdan strateji tərəfdaşlığa dair imzalanmış birgə Bəyannamənin önəmi qeyd edilib.
Virgil-Daniel Popeskunun səfərinin ölkələrimiz arasında energetika sahəsində əməkdaşlığın genişləndirilməsinə töhfə verəcəyinə əminlik ifadə olunub.
Görüşdə Azərbaycan-Avropa İttifaqı əlaqələrinə toxunulub, bu əlaqələrin uğurla inkişaf etdiyi vurğulanıb və ölkəmizlə Avropa İttifaqının 9 üzv dövləti arasında strateji tərəfdaşlıq haqqında sənədlərin imzalanmasının bunun yaxşı göstəricisi olduğu qeyd edilib.
Söhbət zamanı əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparılıb.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 23 saat sonra
-
- 2 d. əvvəl
-
54 d. əvvəl
Meqa Sığorta Qrupunun Sumqayıt filialı yeni konsepsiyada istifadəyə verilib
- 57 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Ələt Azad İqtisadi Zonasında istehsalın azı 75 %-nin ixrac edilməsi hədəflənir"
- 1 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
İyunun 12-də gözlənilən hava şəraiti
Qızılın qiyməti son 6 ayın ən aşağı səviyyəsinə düşüb
Keyfiyyətsiz un sahibkarın qazancını necə “yeyir”?
Ən çox oxunanlar
Mərkəzi Bank daha bir beynəlxalq təşkilata üzv olub
Bakı-Qəbələ-Bakı qatarları Ucar stansiyasında da dayanacaq
Rəsmi məzənnələr açıqlandı






















