Azad edilən ərazilərdə özəl sektora güzəştlər ediləcək
Vergi siyasəti, qanunvericilikdə və inzibatçılıqda aparılacaq islahatlar dövlət büdcəsinin xərclərinin təmin edilməsi üçün adekvat imkanlar yaratmaqla yanaşı, sahibkarlıq fəaliyyətinin stimullaşdırılmasına xidmət edir.
Bunu "İnklüziv və davamlı inkişaf üçün vergi islahatları: rəqəmsal transformasiya ilə könüllü əməletməyə doğru" mövzusunda sahibkarların iştirakı ilə video-formatda keçirilən Forumda çıxış edən Prezidentin köməkçisi − Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsumov deyib.
Onun sözlərinə görə, vergi siyasəti bir təşviq aləti olaraq işğaldan azad edilən ərazilərdə iqtisadi inkişafın sürətlənməsinə xidmət edir.
"Həmin ərazilərin bərpası iqtisadiyyata sürətli inteqrasiyası dayanıqlı inkişafın təmin olunması üçün iqtisadi və əmək resursları səfərbər edilir. Sahibkarların, özəl sektorun bu ərazilərdə fəaliyyətini təşviq etmək, təşəbbüslərini stimullaşdırmaq, sərmayə yatırımlarının, emal sənayesinə və xidmət infrastrukturuna yönəltmək üçün vergi, sosial sığorta və digər güzəştlərin tətbiqi nəzərdə tutulur”, - deyə Ş. Mövsumov qeyd edib.
© APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 gün sonra
-
1 saat əvvəl
Kapital Bank güzəştli kreditlərin verilməsinə dair müqavilə imzalayıb
-
-
1 saat əvvəl
Azərbaycan Kredit Bürosu ilə Çinin Pudao Kredit Bürosu arasında görüş keçirilib
-
1 saat əvvəl
Azərbaycanda orta maaş 5 faizdən çox artaraq 1099,1 manat təşkil edib
-
1 saat əvvəl
"Expressbank"ın biznes kreditləri portfeli 200 milyon manat səviyyəsini keçib
-
1 saat əvvəl
ABB-nin kredit portfeli ilk rübdə 80 milyon manata yaxın artıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
“Bağçalı” otelinin fəaliyyətinin dayandırılması barədə Qərar qəbul olunub
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Bank" səhmlərinə sahib olun!
3 ayda Naftalana 9 minə yaxın yerli və xarici turist gəlib
Xalq Bank I rübün yekunlarını açıqladı
Ən çox oxunanlar
Çinin ixracı yavaşlayıb
Azərbaycan neftinin son qiyməti
İnvestisiya şirkətlərinin xalis mənfəəti azalıb
Azərbaycanda median aylıq kirayə haqqı 1000 manatı keçib





.jpg)









.jpg)








