Azercell-in dəstəklədiyi şagirdlərin beynəlxalq bilik yarışmasında növbəti uğuru
(®) Texnoloji gələcəyi qurmağa davam edən “Azercell Telekom” MMC-nin dəstəklədiyi istedadlı məktəblilərimiz növbəti dəfə beynəlxalq bilik yarışmasında uğurlu nəticə nümayiş etdiriblər. Fevralın 10-18-də Rumıniyada onlayn formatda təşkil edilən VI İnfo Cup proqramlaşdırma müsabiqəsində Azərbaycanın müxtəlif bölgələrindən olan azərbaycanlı yarışmaçılar 2 gümüş və 1 bürünc medal qazanıblar.
14 ölkədən 150- dən çox şagirdin yarışdığı müsabiqənin nəticələrinə əsasən Gəncə şəhəri Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 10-cu sinif şagirdi Fidan Hüseynova və Balakən rayonu Qazbinə kəndi tam orta məktəbin 10-cu sinif şagirdi Xizri Saxrayev gümüş medala, Bakı şəhəri Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 9-cu sinif şagirdi Fuad Qarayev isə bu nüfuzlu yarışmanın bürünc medalına layiq görülüblər.
Qeyd edək ki, 2017-ci ildən etibarən Təhsil Nazirliyinin və İnformatika üzrə Milli Olimpiada komandasının məğrur tərəfdaşı “Azercell Telekom” MMC ölkə üzrə istedadlı şagirdlərin aşkar edilməsi, onların öz bacarıqlarını nümayiş etdirməsinə şəraitin yaradılması, informatika üzrə beynəlxalq fənn olimpiadalarında iştirakını dəstəkləyir. Milli komandaların İnformatika fənni üzrə beynəlxalq olimpiadalara hazırlığı nəticəsində məktəblilərimiz müxtəlif miqyaslı olimpiada və müsabiqələrdə uğurla çıxış edərək 1 qızıl, 9 gümüş və 20 bürünc olmaqla, ümumilikdə 30 medal əldə ediblər.
Gələcəyin İnformasiya Texnologiyaları mütəxəssislərinə dəstək olan Azercell şirkəti gənclərə bu istiqamətdə davamlı inkişaf və beynəlxalq səviyyədə nailiyyətlər arzu edir.
Müştərilərin xəbərləri
"AFB Bank" artan xərclərinin 2026-cı ildən "bar verəcəyini" gözləyir - 2025-DƏ 131 NƏFƏR İŞÇİ QƏBUL EDİB
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 3 d. əvvəl
-
- 29 d. əvvəl
- 47 d. əvvəl
-
1 saat əvvəl
”PAŞA Bank”ın səhmlərinin ilkin kütləvi təklifi (İPO) zərurətdən irəli gəlmir”
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
"PAŞA Bank" IPO üzrə təqdimat tədbiri keçirib
Sabaha olan hava proqnozu
Azərbaycan neftinin son qiyməti
Rəsmi məzənnələr açıqlandı
Ən çox oxunanlar
Lombard şirkəti illik 15%-lə 2 milyon manat cəlb edir
Tramp: İranla razılaşma əldə etməliyik, əks halda bu, onlar üçün çox travmatik olacaq
Azərbaycanın xarici ticarətində 50/50 vəziyyət
Bank yeni “Neftçilər” filialından gözləmədiyi nəticələr əldə edib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakıda daha bir ünvanda "Toba" velosiped mağazası açılacaq






















