Azərbaycana qaz ixracından daxil olan valyuta 8 dəfə artıb
Bu ilin yanvar ayında Azərbaycan 803 milyon 302 min ABŞ dolları dəyərində 1 milyard 613 milyon 200 min kubmetr təbii qaz ixrac edib. 2021-ci ilin müvafiq göstəricisi ilə müqayisədə, ixrac olunan qazın həcmi 44%, dəyəri isə 8 dəfə artıb.2022-ci ilin Yanvar ayında Azərbaycandan 2 milyard 31 milyon 436 min dollar dəyərində 3 milyon 505 min 552 ton xam neft ixrac edilib.
Marja Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, ötən ilin eyni ayı ilə müqayisədə xam neft ixracından gəlir artıb. Belə ki, 2021-ci ilin Yanvar ayında Azərbaycandan 1 milyard 359 milyon 732 min dollar dəyərində 4 milyon 14 min 270 ton xam neft ixrac edilmişdi.
Azərbaycandan 2022-ci ilin yanvar ayında 803 milyon 302 min dollar dəyərində 1 milyard 613 milyon 200 kub metr təbii qaz ixrac edilib. Ötən ilin eyni ayında Azərbaycandan 100 milyon 26 min dollar dəyərində 1 milyard 120 milyon 221 min kub metr təbii qaz ixrac edilmişdi. Beləliklə, təbii qaz ixracından gəlirlər 8 dəfə artıb. Təbii qazın ixracda xüsusi çəkisi 6,2%-dən 26.02%-ə yükəlib.
2022-ci ilin yanvar ayında Azərbaycanın 3 milyard 86 milyon 682 min dollarlıq ixracının 92,5%-i neft-qaz sektoruna daxil olan malların hesabına formalaşıb. 2021-ci ilin yanvarında bu xüsusi çəki 91% idi.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 gün sonra
-
22 d. əvvəl
Dubayda evləri tikən şirkətlər ilə üzbəüz görüş - BAKIDA TƏDBİR KEÇİRİLƏCƏK
-
-
16 saat əvvəl
SOCAR Cənubi Qafqazda ilk enerji doldurma stansiyasını Tbilisidə istifadəyə verdi
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
AZCON-nun Müşahidə Şurasına yeni üzvlər təyin edilib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
























