ABŞ-dan “Rusiya Ukrayna ilə sərhədə əlavə 7 min əsgər göndərib” iddiası
ABŞ rəsmiləri Rusiyanın Ukrayna sərhədindən qoşunlarının bir hissəsini geri çəkməsi ilə bağlı açıqlamasının doğru olmadığını və Moskvanın sərhədə əlavə 7 min əsgər göndərdiyini iddia edib.Adları açıqlanmayan ABŞ rəsmiləri telekonfrans vasitəsilə mətbuata Ukrayna haqqında məlumat verib və Moskvanın “əsgərləri geri çəkmişik” iddiasını təkzib ediblər.
Marja xəbər verir ki, ABŞ-ın yüksək rütbəli rəsmisi Rusiyanın Ukrayna sərhədindən bəzi əsgərlərini geri çəkməsi iddiasının doğru olmadığını, əksinə, Moskvanın son vaxtlar sərhədə əlavə 7 min əsgər yerləşdirdiyini iddia edib.
Rusiya prezidenti Vladimir Putinin diplomatiyaya açıq olduğu ilə bağlı açıqlamalarının əksinə olaraq, rəsmi onun müharibəyə hazırlaşdığını da iddia edib.
ABŞ dövlət katibi Antoni Blinken də dünən verdiyi açıqlamada Rusiyanın sərhəddən qoşun çəkdiyinə dair iddiaları təsdiqləyən faktların olmadığını bildirib: "Onlar Ukrayna sərhədləri boyunca çox qorxulu şəkildə qalırlar. Onlar (Ruiya) dediklərini yerinə yetirsələr yaxşı olar. Amma biz bunu hələ görməmişik”.
ABŞ prezidenti Co Bayden ötən gün etdiyi çıxışında 150 minə yaxın rus əsgərinin Rusiya-Ukrayna sərhədində cəmləşdiyini bildirib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 gün sonra
- 25 d. əvvəl
-
-
47 d. əvvəl
"VTB (Azərbaycan)" böyüyüb - kredit və depozit portfelləri artıb
-
1 saat əvvəl
Unibank 1-ci rübün maliyyə nəticələrini açıqladı - "Bu il bankımız üçün transformasiya ilidir"
-
1 saat əvvəl
"NEQSOL Holding"in şirkətləri Azərbaycanda ən iri vergi ödəyiciləri sırasında
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
AccessBank-ın 2026-cı ilin 1-ci rübü üzrə maliyyə vəziyyəti açıqlandı
- 3 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Bank" səhmlərinə sahib olun!
Azərbaycanda inflyasiya cüzi yavaşlayıb
"VTB (Azərbaycan)" böyüyüb - kredit və depozit portfelləri artıb
Unicapital ilə PAŞA Bank səhmlərinə investisiya edin
Aprelin 15-də gözlənilən hava şəraiti
Ən çox oxunanlar
Bank omayan kredit təşkilatı mənfəətdən zərərə keçib
ABB-nin kredit portfeli ilk rübdə 80 milyon manata yaxın artıb
3 ayda Naftalana 9 minə yaxın yerli və xarici turist gəlib





.jpg)






.jpg)







