Qlobal bank bu il FED-in 7 dəfə faiz artıracağını gözləyir
Qlobal investisiya bankı Goldman Sachs inflyasiyanın artması səbəbindən ABŞ Mərkəzi Bankının (FED) faiz artırılması sayı üzrə gözləntisini bu il üçün 5-dən 7-yə yüksəldib.
Marja xəbər verir ki, dünən ABŞ-da inflyasiyanın 7,5 faizə yüksəldiyini göstərən məlumatlardan sonra Goldman Sachs faiz gözləntilərini dəyişib. Goldman Sachs iqtisadçıları FED-in 7 iclasda faiz artıracağını proqnozlaşdırırlar.
Analitiklər inflyasiyanın yüksək səviyyəsi və qısamüddətli inflyasiya gözləntilərilə əlaqədar olaraq mart ayında faiz dərəcəsində 0,50 bəndlik artım ola biləcəyini, lakin Fed rəsmilərinin daha mərhələli artım siqnalı verdiklərini də qeyd ediblər.
"Bir çox FED rəsmisi mart ayında 0,50 bənd bəndlik artımın əleyhinə olduqlarını söyləyib. Buna görə də hesab edirik ki, faizin 0,25 bənd artırılacağı ehtimalı daha yüksəkdir”, - qeyddə deyilir.
Fed-in St. Louis şöbəsinin sədri Ceyms Bullard dünən verdiyi açıqlamada 40 ilin pik nöqtəsində olan inflyasiyaya cavab olaraq iyul ayınadək faiz dərəcələrinin 1 bənd artırılması lazım olduğunu bildirib. Analitiklər, "Digər rəsmilər Bullard-a qoşularsa və mart ayında 0,50 bənd artımı qiymətlənərsə, proqnozlarımızı yeniləyə bilərik" deyiblər.
Qlobal banklar da FED-in aqressiv faiz artıracağını gözləyirlər. Deutsche Bank iqtisadçıları dünənki inflyasiya məlumatlarından sonra mart ayında 0,50 bəndlik faiz artımı gözlədiklərini açıqlayıblar. İqtisadçılar noyabrdan başqa hər iclasda 0,25 bənd artım gözləyirlər. Ekspertlər həmçinin vurğulayırlar ki, faizin artırılmaı qlobal iqtisadi canlanmanı təhdid edəcək.
Nomura Holdings də mart ayında faizin 0,50 bənd artırılacağını gözlədiyini açıqlayıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
- 8 d. əvvəl
-
- 24 d. əvvəl
- 24 d. əvvəl
- 27 d. əvvəl
- 46 d. əvvəl
- 59 d. əvvəl
-
1 saat əvvəl
Azər Türk Bankdan səhiyyə işçiləri üçün istehlak krediti kampaniyası
- 1 saat əvvəl
-
1 saat əvvəl
Mərkəzi Bank valyuta ehtiyatlarının daha da artdığını açıqladı - SON MƏBLƏĞ
-
1 saat əvvəl
SOCAR data mərkəzləri və süni intellekt sahələrinə investisiya yatırır
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN
İyunun 3-də gözlənilən hava şəraiti
Expressbank-dan sahibkarlar üçün YENİ MƏHSUL
“Fintrend” BOKT-un xalis mənfəəti kəskin azalıb
Azər Türk Bankdan səhiyyə işçiləri üçün istehlak krediti kampaniyası
Ən çox oxunanlar
Azərbaycanda pul bazası 24 milyard manatı keçib
BP 2027-ci ildə "Qarabağ" yatağı üzrə yekun investisiya qərarı verməyi planlaşdırır
SOCAR iyulun 1-dən BTC kəmərinin operatoru olacaq
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 11 GÜN
“PAŞA Sığorta” mənfəəti ilə bazar liderliyini qoruqmaqdadır














.jpg)






