706 nəfər həlak olub, 1452 nəfər yaralanıb
Azərbaycanda avtomobil qəzalarının və zərər çəkən şəxslərin sayı artıb2021-ci ildə avtomobil yollarında baş vermiş yol-nəqliyyat hadisələri haqqında məlumatlar açıqlanıb.
Dövlət Statistika Komitəsinin yaydığı məlumata görə, 2021-ci ildə 1649 və ya 2020-ci illə müqayisədə 3,9 faiz çox yol-nəqliyyat hadisəsi baş vermiş, bu hadisələr nəticəsində zərər çəkən şəxslərin sayı 2,5 faiz artaraq 2158 nəfər olmuşdur. Onlardan 706-sı həlak olmuş, 1452-si isə yaralanmışdır. Hadisələrin 42,1 faizi gündüz, 37,4 faizi gecə, 20,5 faizi isə toran vaxtı baş vermiş, 29,2 faizi həftənin şənbə və bazar günlərinə təsadüf etmişdir.
Yol-nəqliyyat hadisələrinin 89,0 faizi yaşayış məntəqələrində baş vermiş, bu hadisələr nəticəsində həlak olanların sayı ötən ilə nisbətən 5,1 faiz artaraq 553 nəfər, yaralananların sayı 3,7 faiz artaraq 1364 nəfər olmuşdur.
Yol-nəqliyyat hadisələrinin və zərərçəkənlərin sayı
Göstəricinin adı | 2021-ci il | 2020-ci ilə nisbətən, faizlə |
|
|
|
Bütün yol-nəqliyyat hadisələri – cəmi | 1649 | 103,9 |
Məkanına görə: |
|
|
magistral avtomobil yollarında | 182 | 99,5 |
yaşayış məntəqələrində | 1467 | 104,5 |
İşıqlılıq vəziyyətinə görə: |
|
|
gündüz vaxtı | 694 | 102,7 |
toran vaxtı | 338 | 95,2 |
gecə vaxtı | 617 | 111,0 |
Yol örtüyünün vəziyyətinə görə: |
|
|
quru yol örtüyü | 1547 | 103,8 |
digər (yaş, buz və s.) | 102 | 106,3 |
Zərərçəkənlərin sayı, nəfər | 2158 | 102,5 |
həlak olanlar | 706 | 101,4 |
yaralananlar | 1452 | 103,0 |
Bütün yol-nəqliyyat hadisələrinin 43,7 faizi nəqliyyat vasitələrinin və piyadaların, 34,8 faizi bir neçə nəqliyyat vasitəsinin, 21,5 faizi bir nəqliyyat vasitəsinin iştirakı ilə baş vermişdir.
Yol-nəqliyyat hadisələri nəticəsində həlak olanların 79,0 faizini, yaralananların isə 72,2 faizini kişilər təşkil etmişdir.
Nəqliyyat vasitələrinin sərxoş vəziyyətdə idarə olunması səbəbindən ölümlə və ya bədən xəsarəti alınması ilə nəticələnən 18 hadisə baş vermiş, nəticədə 8 nəfər həlak olmuş, 17 nəfər yaralanmışdır. Hadisələrin 72,2 faizi minik avtomobillərinin sürücüləri tərəfindən törədilmişdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 gün sonra
- 8 d. əvvəl
-
- 1 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
4 saat əvvəl
"Xəzər" Kredit İttifaqı 2025-ci il üzrə maliyyə göstəricilərini açıqladı
-
5 saat əvvəl
Azərbaycanın 24,5 milyard manat dövlət borcu olduğu açıqlandı
- 6 saat əvvəl
- 6 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Sığorta" ağacəkmə aksiyasına qoşulub
Birləşmiş Ərəb Əmirlikləri OPEC-i tərk edir
“Azercell” tətbiqinə dostunu dəvət et, bonus qazan!
Azərbaycanın 24,5 milyard manat dövlət borcu olduğu açıqlandı
Ən çox oxunanlar
22 sahibkar “Tərəqqi” medalı ilə təltif edildi
Aprelin 29-da gözlənilən hava şəraiti
Sel və daşqınların təhlükəli və zərərli təsirlərinə qarşı mübarizə üçün 86 milyon manata yaxın pul ayrıldı - SƏRƏNCAM
Qlobal bank netin orta qiymət proqnozunu 104 dollara yüksəldib
TuranBank-dan “Yaşıl gələcəyə” növbəti addım: 1 milyon ağac hədəfi
Unicapital PAŞA Bank səhmlərinin marketmeykeri olacaq
BP-nin mənfəəti İran müharibəsi ilə 2 dəfədən çox artıb
3 gün, 0% komissiya: Unibank yeni kredit kampaniyası keçirir






.jpg)





.jpg)



