Avropa IPO bazarında toplanan vəsait 2021-ci ildə təxminən 3,5 dəfə artıb
2021-ci il Avropanın kapital bazarında aktivlik baxımından rekord il olub.
Marja, PwC-nin əsas fond bazarlarında IPO-ların sayını və təxminlərini izləyən illik "IPO Watch Europe 2021" araşdırmasına istinadən xəbər verir ki, 2020-ci ildə 20,3 milyard avro cəlb edən 135 IPO ilə müqayisədə, 2021-ci ildə 422 IPO ilə 75 milyard avro cəlb edilib.
2021-ci il IPO bazarları və qlobal miqyasda rekord il olub, çünki qlobal iqtisadiyyatda COVID-19 peyvəndlərinin ortaya çıxması, əlverişli mərkəzi bank siyasətləri və aşağı faiz dərəcələri investorların fəallığına təkan verib. 2021-ci il ərzində dünyada 2682 min IPO həyata keçirilib, nəticədə 607,7 milyard dollar cəlb edilib.
Həmçinin hesabatda, Avropanın müxtəlif sektorlarında və regionlarında 1 milyard avrodan çox dəyərində əhəmiyyətli sayda iri IPO-ların həyata keçirildiyi qeyd edilib.
“Avropada ən fəal sektorlar texnologiya, istehlak malları, e-ticarət, maliyyə və sənaye idi. 2021-ci ildə ən aktiv birjalar London, Stokholm, Amsterdam, Frankfurt və Oslo olub. Avropada keçirilən ən böyük IPO-su Amsterdamda InPost-un 3,2 milyard avro dəyərində IPO-su olub”,- hesabatda bildirilir.
2022-ci ildən nə gözləmək olar?
PwC bu il investorların bazarda daha seçici və ehtiyatlı olacağını gözləyir. “Qiymətləndirmə, qiymət məsələləri, eləcə də şirkətlərin IPO-ya ümumi hazırlığı və səhmlərinin etibarlılığı investorların diqqət mərkəzində olacaq. Bununla belə, 2022-ci il üçün bazar artımı proqnozu, investorların seçiciliyinin artmasına və keyfiyyətə diqqət yetirməsinə baxmayaraq müsbət olaraq qalır”, - araşdırmada deyilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 3 gün sonra
-
-
2 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
- 5 d. əvvəl
- 8 d. əvvəl
- 10 d. əvvəl
- 11 d. əvvəl
- 14 d. əvvəl
- 15 d. əvvəl
- 12 saat əvvəl
- 16 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 21 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Nova Credit" zərərdən mənfəətə keçib - QAZANCI KƏSKİ ARTIB
"Level Leasing"də yığıncaq keçiriləcək
Yapon avtomobili Nissan Magnite - CƏMİ 27 900 MANATA
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 21 GÜN
Ən çox oxunanlar
Bakı Ağ Şəhərdə torpaq sürüşməsi
Bank of Baku-dan ölkəxarici pul köçürmələrinə ENDİRİM
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Kred Aqro" BOKT 2025 ci ilin yekunları üzrə hesabat təqdim etdi
"Sizin Lombard"ın istiqrazlarına 52 investor 52 sifariş təqdim edib
PMD Group və Chapman Taylor ağıllı şəhər yanaşmalarını müzakirə edib
"Təzə Bazar"ın gələcək konsepti təqdim olundu






.jpg)







.jpg)

