Azərbaycandakı 2 Türkiyə bankı kreditləri 100 milyon manata yaxın artırıb
Hazırda Azərbaycanda 2 Türkiyə bankının törəmələri – “Yapı Kredi Bank Azərbaycan” QSC və “Ziraat Bank Azərbaycan” ASC fəaliyyət göstərirlər.
Marja xəbər verir ki, ötən il bu iki bankın cəmi kredit portfeli 98 milyon 464 min manat artaraq 406 milyon 126 min manata çatıb.
Belə ki, “Ziraat Bank Azərbaycan” tərəfindən 2021-ci ildə müştərilərə verilmiş kreditlər 2020-ci illə müqayisədə 72 milyon 903 min manat və ya 46% artaraq 231 milyon 212 min manata yüksəlib. 2020-ci ilin sonunda “Ziraat Bank Azərbaycan” tərəfindən müştərilərə verilmiş cəmi kreditlər 158 milyon 309 min manat təşkil etmişdi.
“Yapı Kredi Bank Azərbaycan” tərəfindən 2021-ci ildə müştlrəilərə verilmiş kreditlər 2020-ci illə müqayisədə 25 milyon 561 min manat və ya 17,1% artaraq 174 milyon 914 min manata yüksəlib. 2020-ci ilin sonunda “Yapı Kredi Bank Azərbaycan” tərəfindən müştərilərə verilmiş cəmi kreditlər149 milyon 352 min manat təşkil etmişdi. Ötən il “Yapı Kredi Bank Azərbaycan”ın biznes kreditləri portfeli 20 milyon 976 min manat artaraq 117 milyon 256 min manata yüksəlib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
41 d. əvvəl
Artıq iri plitələr qopmayacaq! - “Matanat A” şirkəti yeni yapışdırıcı təqdim edir
-
- 52 d. əvvəl
-
52 d. əvvəl
Hilton Baku-da rəhbərlər üçün süni intellekt mövzusunda qapalı executive sessiya keçirilib
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Azər Türk Bankdan səhiyyə işçiləri üçün istehlak krediti kampaniyası
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN
İyunun 3-də gözlənilən hava şəraiti
Qızıl 1-ci, pambıq lifi 2-ci, mis filizləri 3-cü yerdə - Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı açıqlandı
Expressbank-dan sahibkarlar üçün YENİ MƏHSUL
“MJ Financial Services BOKT” böyüyüb, faiz gəlirləri artıb
Ən çox oxunanlar
“Fintrend” BOKT-un xalis mənfəəti kəskin azalıb
Azər Türk Bankdan səhiyyə işçiləri üçün istehlak krediti kampaniyası
Azərbaycanda pul bazası 24 milyard manatı keçib
BP 2027-ci ildə "Qarabağ" yatağı üzrə yekun investisiya qərarı verməyi planlaşdırır
SOCAR iyulun 1-dən BTC kəmərinin operatoru olacaq
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 11 GÜN















.jpg)






