"MKT İK" şirkəti "Baku International HR Forum"-da mükafata layiq görülüb!
(®) 28 Yanvar 2022 tarixində “Azərbaycan İnsan Resursları (HR) İnstitutu”-nun təşkilatçılığı ilə "Baku International HR Forum" (BIHRF) tədbiri təşkil edilmişdir. Sayca ilki təşkil edilən tədbirdə 6 ölkədən 16 spiker iştirak etmişdir.
Tədbirin sponsorlarından biri olan MKT İK MMC rəhbər heyəti ilə tədbirə qatılmış, həmçinin tədbir salonunda stendini yerləşdirərək iştirakçılara şirkət haqqında məlumat təqdim etmişdir.
"Baku International HR Forum"-un təşkil edilməsində məqsəd əsasən insan resursları sahəsində yeni təcrübələrin bölüşülməsi, Azərbaycanda insan kapitalının inkişafına dəstək və insan resursları sahəsinə uyğun müəyyən edilmiş nominasiyalar üzrə mükafatların təqdim edilməsi olmuşdur.
MKT İK MMC tədbirdə iki nominasiya üzrə mükafata layiq görülmüşdür. Bunlardan ilki şirkətin insan resursları komandasına təqdim edilən “Ən yaxşı daxili kommunikasiya strategiyası” mükafatı, digəri isə şirkətin “Təlim və İnkişaf” üzrə alt bölmə rəhbəri olan Elnur Axundov-a təqdim edilən “Təlim və inkişaf üzrə ən yaxşı lider” mükafatı olmuşdur.
Regionlarda 23 filialı fəaliyyət göstərən və 3500 nəfərdən çox işçi heyəti olan MKT İK MMC insan resurslarının idarə edilməsi mövzusunda bir çox yeniliklərə imza ataraq şirkətdə çalışan işçilərin rifahının yüksəlməsi üçün daima çalışır.
Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorunda 25 illik iş təcrübəsinə malik MKT İK MMC 2021-ci il üzrə üzrə hazırlanan qeyri-dövlət ixracatçı subyektlərin reytinqində birinci yerdə qərarlaşmışdır.
Müştərilərin xəbərləri
"AFB Bank" artan xərclərinin 2026-cı ildən "bar verəcəyini" gözləyir - 2025-DƏ 131 NƏFƏR İŞÇİ QƏBUL EDİB
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
10 d. əvvəl
”PAŞA Bank”ın səhmlərinin ilkin kütləvi təklifi (İPO) zərurətdən irəli gəlmir”
-
- 35 d. əvvəl
- 48 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
Rusiyanın xarici dövlət borcu 20 ildə ilk dəfə 60 milyard dolları keçib
-
3 saat əvvəl
Tramp: İranla razılaşma əldə etməliyik, əks halda bu, onlar üçün çox travmatik olacaq
-
3 saat əvvəl
“5 milyon manatlıq istiqrazlarımızın uğurla yerləşdirilməsi bizi həvəsləndirib”
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Rəsmi məzənnələr açıqlandı
Tramp: İranla razılaşma əldə etməliyik, əks halda bu, onlar üçün çox travmatik olacaq
Ən çox oxunanlar
Azərbaycanın xarici ticarətində 50/50 vəziyyət
Bank yeni “Neftçilər” filialından gözləmədiyi nəticələr əldə edib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakıda daha bir ünvanda "Toba" velosiped mağazası açılacaq




























