“Bank of Baku"nun departament direktoru işdən çıxıb
"Bank of Baku”nun Reklam və İctimaiyyətlə Əlaqələr departamentinin direktoru Gülşən Cumayeva “Bank of Baku”dan ayrılıb.
Marja xəbər verir ki, bu barədə özü məlumat verib.
“6 il 3 ay 10 gün öncə başlayan həyat kitabımın “Bank of Baku “adlı bölümünü bu gündən etibarən rəsmi olaraq sonlandırıram. Bu bölümün hər bir səhifəsinə necə dəyər verdiyimi, necə dəyər qatdığımı əminəm ki, bir çoxunuz bilirsiniz. Devalvasiyalar sonrası yaranan çətinliklərin fonunda çalışmaq nə qədər çətin idisə, bir o qədər də zövqlü idi. Mini büdcələrlə maksimum nəticə üçün, kiçik bir komanda ilə dəyər yaratmaq üçün var gücümüzlə çalışdıq. Özü də daxili və məhdud resurslarla, yorulmadan, sevərək və nəticəsinə inanaraq. Gərgin əməyin, enişlərin-yoxuşların və acılı-şirinli xatirələrin bol olduğu bu bölümdə ən böyük qazancım isə dəyərli insanlar, gözəl dostluqlar oldu. Komandamın yeri isə bir başqadır. Mehriban, pozitiv, səsli-küylü güclü mənəviyyatı və yüksək peşəkarlığı ilə işinə dəyər qatan möhtəşəm Marketing Team – dəyəriniz, məndəki yeriniz heç bir zaman dəyişməyəcək və bizdən bir də olmayacaq! Ən çətini sizi tərk etmək olsa da, yaxşı ki, yollarımız kəsişdi, bir komanda olduq, ailə olduq deyə biliriksə, nə xoş bizə”.
Gülşən Cumayeva, “Bölümün sonunda səhifələrin yazılmasında əməyi və dəstəyi ilə indi bankda çalışmasalar da, daim yanımda olan keçmiş rəhbərlərimə, həmkarlarıma, komandama və partnyorlarımıza - dostlarımıza təşəkkür edirəm”, - əlavə edib.
Marja.az da Gülşən Cumayevaya uzunmüddətli və peşəkar əməkdaşlığa görə təşəkkür edir, ona gələcəkdə böyük uğurlar arzulayır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
1 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)
.jpg)






.jpg)









