Unibank ipoteka faiz dərəcəsini endirib
(®) Unibank ipoteka kreditləri üzrə faiz dərəcəsini aşağı salıb.
Bankın yaydığı məlumatda bildirilir ki, mənzil arzusunu reallaşdırmaq istəyənlər üçün indi əsl fürsətdir. Aprelin 30-dək davam edən kampaniya çərçivəsində “Unibank”dan ipoteka kreditlərini 1% daha aşağı faizlə - illik 7% -lə götürə bilərsiniz. Bu kampaniya həm müştərilərin aylıq ödənişlərinin, həm də faiz ödənişlərinin azalmasına imkan yaradacaq.
Kampaniyanın şərtləri haqda daha ətraflı məlumatı bu linkdən (http://unbk.az/ipoteka) öyrənə bilərsiniz.
Kampaniyadan indi istifadə edin ki, ipoteka kreditləri üzrə ayrılmış limitdən faydalananlardan olasınız!
Qeyd edək ki, Unibank 2006-cı ildən Azərbaycan İpoteka Fondunun müvəkkil bankları sırasındadır. Ötən il ipoteka kreditlərinin verilməsi sahəsində bank bu illər ərzində ən yüksək göstərici əldə edib. 2021-ci ildə ümumilikdə 150 nəfərə 10 milyon manatdan çox ipoteka krediti verilib.
İpoteka kreditləri "Unibank”ın "Yasamal”, "Sumqayıt” və "Kəpəz” filiallarında ayrılır.
Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, Bankın saytından (www.unibank.az) və yaxud Facebook, Twitter və Instagram səhifələrindən (www.facebook.com/unibank.az, https://twitter.com/unibank, https://www.instagram.com/unibank.az/) əldə etmək olar.
Müştərilərin xəbərləri
"MegaSec" şirkətinin nümayəndə heyəti Özbəkistanın Rəqəmsal texnologiyalar naziri ilə strateji görüş keçirib
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 1 həftə sonra
-
1 saat əvvəl
Sabahdan Bakıda 2 marşrut xəttində müasir avtobuslar istifadəyə veriləcək
-
-
2 saat əvvəl
"Azərsun Holdinq"in xarici ticarət şirkətinin ixracı 10 milyon dolları keçib
-
2 saat əvvəl
Azərbaycanın böyük fındıq emalı və ixracatçısı xaricə satışını 22% artırıb
-
2 saat əvvəl
“PRIME LM” 12,8 milyon dollarlıq ixracla reytinqə daxil olub
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
“Azərbaycan Şəkər İstehsalat Birliyi”nin ixracı 4 dəfə artıb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN
“PRIME LM” 12,8 milyon dollarlıq ixracla reytinqə daxil olub
“P-AQRO”nun ixracı 18,9 milyon dollara çatıb
“Baku Steel Company”nin ixracı 72%-dən çox artıb
Ən çox oxunanlar
“AGRARCO” ixracını 4 dəfədən çox artırıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
“Azərbaycan Şəkər İstehsalat Birliyi”nin ixracı 4 dəfə artıb
“Prime Cotton” şirkətinin ixracı 64 milyon dolları keçib
Azərbaycanda qızıl və mis istehsalçısının ixracı 4 dəfədən çox artıb
Bakı–Tbilisi–Qars dəmir yolu modernləşdirilmədən sonra istifadəyə verildi, qatar yola düşdü























