Azərbaycanda növbəti Uşaq Paralimpiya İdman Oyunları baş tutub
Azercell uşaqların fiziki sağlamlığı və inkişafının təmin olunmasına öz töhfəsini verməkdə davam edir(R) Ölkənin lider mobil operatoru “Azercell Telekom” MMC-nin dəstəyi ilə Azərbaycanda növbəti Uşaq Paralimpiya İdman Oyunları baş tutub. Sayca VI Uşaq Paralimpiya İdman Oyunları bu il hər bir idman növü üzrə ayrı-ayrı yarışlar şəklində və karantin rejiminin tələblərinə uyğun olaraq keçirilib.
Oyunlarda Bakı, Gəncə, Şirvan şəhərləri və Naxçıvan Muxtar Respublikasından paralimpiyaçı uşaqlar iştirak ediblər. 13 noyabr-22 dekabr tarixləri arasında baş tutan VI Uşaq Paralimpiya İdman Oyunlarında ümumilikdə 5 idman növü üzrə 120-yə yaxın uşaq yarışıb.
Uşaqlar pauerliftinq, stolüstü tennis, cüdo, üzgüçülük və para-taekvondo idman növləri üzrə oyunlarda iştirak ediblər. Hər idman növü üzrə yarışlar müxtəlif kateqoriyalarda keçirilib. Nəticədə 70-dən çox uşaq fərqli dərəcələr üzrə qalib elan olunub.
Sağlamlıq imkanları məhdud uşaqların abilitasiya və reabilitasiya yolu ilə cəmiyyətə inteqrasiyasına yardım edən "Azercell Telekom” MMC bu mühüm missiyanı dəstəkləməklə ölkəmizdə uşaqların fiziki sağlamlığı və inkişafının təmin olunmasına öz töhfəsini verir.
2021-ci ilin yayında Tokioda keçirilmiş Olimpiya və Paralimpiya Oyunlarında Azərbaycan Milli komandalarının tərəfdaşı kimi çıxış edən “Azercell Telekom” MMC növbəti Uşaq Paralimpiya yarışmasının iştirakçılarını və qaliblərini təbrik edir, onlara gələcəkdə daha böyük uğurlar arzulayır.
Müştərilərin xəbərləri
"AFB Bank" artan xərclərinin 2026-cı ildən "bar verəcəyini" gözləyir - 2025-DƏ 131 NƏFƏR İŞÇİ QƏBUL EDİB
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 26 d. əvvəl
-
- 44 d. əvvəl
-
1 saat əvvəl
”PAŞA Bank”ın səhmlərinin ilkin kütləvi təklifi (İPO) zərurətdən irəli gəlmir”
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Rusiyanın xarici dövlət borcu 20 ildə ilk dəfə 60 milyard dolları keçib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Sabaha olan hava proqnozu
“Azerconnect Group” “mygov” platformasına qoşulub
Cavid Quliyev/ “PAŞA Bank”: “İPO ilə illər ərzində yaratdığımız dəyəri geniş investor kütləsi ilə bölüşmək istəyirik”
Rəsmi məzənnələr açıqlandı
Lombard şirkəti illik 15%-lə 2 milyon manat cəlb edir
Ən çox oxunanlar
Tramp: İranla razılaşma əldə etməliyik, əks halda bu, onlar üçün çox travmatik olacaq
Azərbaycanın xarici ticarətində 50/50 vəziyyət
Bank yeni “Neftçilər” filialından gözləmədiyi nəticələr əldə edib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakıda daha bir ünvanda "Toba" velosiped mağazası açılacaq






















