Azərbaycanda 11 tondan çox göycənin gətirildiyi festival!
Qədim Naxçıvan dünyada torpaq və təbii iqlim şəraiti ilə yanaşı, əkinçilik və bağçılıq mədəniyyəti ilə də tanınır. Ötən ildən başlayaraq şəhərin qədim tarixi hissəsi olan “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində keçirilən “Naxçıvan göycəsi” festivalı da muxtar respublikada yetişdirilən, dadı-tamı ilə çox məşhur olan meyvələrin tanıdılması baxımından mühüm əhəmiyyət kəsb edir.
İyunun 3-də başlayan ikinci göycə festivalına maraq böyük idi. Səhər saat 9:00-da artıq Naxçıvanqalanın geniş ərazisində qələbəlik yaşanırdı. Yüzlərlə Naxçıvan sakini və şəhərdəki turistlər göycə sərgiləri ilə tanış olmaq üçün bura axın edirdi.
Əvvəlcə Naxçıvanqalanın mərkəzində festivalın açılış mərasimi keçirildi. Tədbrin aparıcıları xalqımıza məxsus ənənələrin yaşadılmasında, naxçıvanlı bağbanların, xalq seleksiyaçılarının hələ VII əsrdən bəri yetişdirməyə başladığı göycənin şöhrətinin yayılmasında “Naxçıvan göycəsi” festivalının əhəmiyyətindən danışaraq bildirdilər ki, Naxçıvanda yetişən göycə ilə yanaşı, ləziz dadı olan alma, armud, qoz, badam, üzüm sortları da yaxşı tanınır. Elə bu səbəbdən də hələ orta əsrlərdən Naxçıvan “meyvə cənnəti” adlandırılıb.
Tədbirdə çıxış edən AMEA Naxçıvan Bölməsinin Bioresurslar İnstitutunun direktoru, akademik Tariyel Talıbov qeyd etdi ki, Naxçıvanda göycənin iriliyinə, dadına və digər genetik xüsusiyyətlərinə görə 5-dən çox formasına rast gəlinir.
Azərbaycan dilində yalnız Naxçıvan dialektinə məxsus “göycə” sözü göy-yaşıl mənası ilə bərabər, həm də yeni, təzə mənasında işlənilir ki, bu da yazda ilk yetişən faraş meyvə kimi Naxçıvan göycəsinə şamil olunur.
Alim bildirdi ki, Naxçıvanda əsasən Arazboyu maili düzənlik ərazilərdə daha yaxşı məhsul götürülən göycə bağlarının salınması üçün əlverişli ekoloji şərait mövcuddur. Muxtar respublika rəhbərinin Naxçıvanda meyvəçiliyin inkişaf etdirilməsinə göstərdiyi diqqət və qayğı nəticəsində göycə kimi brend məhsullarımızın istehsalının daha da artırılması, bu sahədə elmi tədqiqatların aparılması, bağçılıqda dünya standartlarının mənimsənilməsi üçün geniş imkanlar açılıb. Bu mənada, yazın ilk yeyilən meyvələrindən biri olan göycənin, sözün əsl mənasında, vətəni olan Naxçıvanda meyvəçiliyin inkişaf etdirilməsi ilə bağlı görülən tədbirlər artıq bəhrəsini verməyə başlayıb.
Sonra festival üçün gətirilmiş Naxçıvan göycəsinə baxış oldu. Muxtar respublikada göycənin ən çox yetişdirildiyi Şərur, Babək, Kəngərli, Culfa və Ordubad rayonlarından 100-dən çox bağbanın gətirdiyi meyvələrə böyük maraq var idi. 11 tondan çox göycənin gətirildiyi festivalda vətəndaşlara nümunəvi satış xidməti də təşkil olunmuşdu. Naxçıvan bazarlarında ilin bu mövsümündə göycə bolluğu olsa da, nəfis şəkildə bəzədilmış stendlərdə sərgilənən göycənin və göycədən hazırlanmış məhsulların yarıdan çoxu qısa zamanda satıldı. Burada həmsöhbət olduğumuz bağbanlardan Məhərrəm Novruzov, Nicat Quliyev və digərləri gətirdikləri göycə məhsuluna marağın böyük olduğunu bildirdi, festivalın təşkilinə görə dövlətimizə minnətdarlığını ifadə etdilər.
Qeyd edək ki, Naxçıvan Dövlət Filarmoniyasının maraqlı konsert proqramı ilə keçən festival sabah da davam edəcək və günün sonunda bağbanlar arasında “Ən yaxşı göycə” müsabiqəsi ilə bu mühüm tədbirə yekun vurulacaq.
ƏLA FÜRSƏT: 17600-DƏN BAŞLAYAN 4X4 AVTOMOBİLİ
© Azərtac
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
2 gün sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 1 gün sonra
-
- 19 d. əvvəl
- 26 d. əvvəl
- 44 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
İlham Əliyev: Azərbaycan bölgədə yaranmış vəziyyətdən narahatdır
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Bu bankın müştəriləri 4 milyon manatdan çox keşbek qazanıblar
- 1 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 7-də gözlənilən hava şəraiti
Omanda ABŞ-İran danışıqları başladı
“PAŞA Həyat” və “Kaspi Kids” 300-ə yaxın uşağı sığortaladı
"Merkuri BOKT" 2025-ci ilin 9 ayını mənfəət ilə başa vurub
Ən çox oxunanlar
Bu bankın müştəriləri 4 milyon manatdan çox keşbek qazanıblar
Nazir startap nümayəndələri ilə görüşüb
Ən yeni texnoloji cihazlar artıq "Bakcell Shop"da!
“PAŞA Bank”ın səhmarlarının növbəti ümumi yığıncağı keçiriləcək
Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb
Azercell-dən xüsusi “Samsung” kampaniyası!
Bank vergi işçilərinə komissiyasız kredit təklif edir

















