Azərbaycandan Rusiyaya pomidor ixracı bərpa olunur - 1 AYDA 11 MİLYON DOLLARLIQ İXRAC
Azərbaycandan xaricə, əsasən də Rusiyaya pomidor ixracı 3 aylıq fasilənin ardından noyabr ayında bərpa olunub.
Marja.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, 2021-ci ilin 11 ayında (yanvar-noyabr) Azərbaycandan 140 milyon 582 min dollar dəyərində 129 min 631 ton pomidor ixrac olunub. 2021-ci ilin 10 ayında (yanvar-oktyabr) Azərbaycandan 129 milyon 652 min dollar dəyərində 120 min 342 ton pomidor ixrac olunmuşdu. Beləliklə, noyabrda 10 milyon 930 min dollar dəyərində 9 min 289 ton pomidor ixrac edilib.
Azərbaycandan pomidor ixracı avqust - oktyabr dövründə demək olar ki, dayanmışdı.
Azərbaycandan 2021-ci ilin 7 ayında 128 milyon 161 min dollar dəyərində 119 min 40 ton ton, 8 ayında 128 milyon 212 min dollar dəyərində 119 min 104 ton, 9 ayında 128 milyon 242 min dollar dəyərində 119 min 138 ton, 10 ayında isə 129 milyon 652 min dollar dəyərində 120 min 342 ton pomidor ixrac olunmuşdur. Avqust ayında demək olar ki dayanmış ixrac (Avqustda cüzi - 51 min dollarlıq 64 ton pomidor ixrac edilib) həm sentyabrda, həm oktyabrda da tam bərpa olunmamışdı. Sentyabrda cüzi - 30 min dollar dəyərində 34 ton, oktyabrda isə 1 milyon 410 min dollar dəyərində 1204 ton pomidor ixrac olunmuşdur.
Azərbaycandan pomidor ixracı 2020-ci ilin 11 ayı ilə müqayisədə 2021-ci ilin 11 ayında dəyər ifadəsilə 26,2%, miqdar ifadəsilə də 26,3% azalıb. 2020-ci ilin 11 ayında Azərbaycandan 190 milyon 390 min dollar dəyərində 175 min 978 ton pomidor ixrac edilmişdi.
Rusiyanın Azərbaycandan pomidor idxalına məhdudiyyətlər tətbiq etməsi ixracın düşməsinə səbəb olmuşdur.
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi ilə Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidməti (“Rosselxoznadzor”) arasında aparılan danışıqlar aparılıb. Əldə olunmuş razılığa əsasən, Rusiyanın müvafiq qurumunun əməkdaşları tərəfindən təsərrüfatlarda aparılan videomonitorinqlər dayandırılır və cari ilin 1 dekabr tarixindən etibarən pomidor istehsalı müəssisələrinə həmin qurum tərəfindən ixrac icazələri birbaşa AQTA-nın zəmanət məktubu əsasında veriləcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 gün sonra
- 12 d. əvvəl
-
-
51 d. əvvəl
“Unibank”ın 7 %-dək endirimli kredit kampaniyasının bitməsinə az qaldı!
-
1 saat əvvəl
“Mart gəldi, nağd gəldi” — Bank Respublikadan sərfəli kredit təklifi
-
1 saat əvvəl
Yanvarda 882 min nəfərdən çox aylıq sosial müavinət və təqaüd alıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Nikahların sayı azalıb - SON 2 İLDƏ 42 MİNDƏN ÇOX BOŞANMA OLUB
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
Qızıl, artan qeyri-müəyyənlik və dolların dəyər itirməsi fonunda bahalaşır
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Prezident İranın yol və şəhərsalma nazirini qəbul edib
Dollar bazar ertəsi ucuzlaşıb
Nikahların sayı azalıb - SON 2 İLDƏ 42 MİNDƏN ÇOX BOŞANMA OLUB
Azərbaycanda doğulan körpə sayı azalıb, ölüm halı artıb
Rəsmi məzənnələr açıqlandı
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
























