Coca-Cola ilə “Əsl Möcüzə”ni kəşf et!
Dünyanın ən sevilən içki brendi olan Coca-Cola “Əsl Möcüzə” adlı yeni marketinq konsepsiyasını təqdim edib. Hər zaman istehlakçıları xoşbəxtliyə, pozitiv və nikbin təəssüratlara yönəldən Coca-Cola bu dəfə özünün yeni 3D loqosunu təqdim edərək hər kəsi gündəlik həyatda “Əsl Möcüzə” anlarını kəşf etməyə çağırır.
Oktyabr 2021-ci ildə təqdim olunan Coca-Cola şirkətinin yeni qlobal fəlsəfəsi “Əsl Möcüzə” adlanır. Bu fəlsəfə özündə insanların hər gün qarşılaşdığı, lakin heç də hər zaman fərqində olmadığı gündəlik hadisələrdə gizlənən sehrli anları ehtiva edir. Belə ki, Coca-Colanın yeni fəlsəfəsi özünü brendin bütün məhsullarını və reklam materiallarını əhatə edəcək. “Qucaqlaşma” adlanan loqotipi isə Coca-Cola sevənləri gündəlik həyatda rastlaşdığımız müsbət və xoşbəxt anları hiss edib dəyərləndirməyə və həmrəy olmağa çağırır.
Coca-Cola inanır ki, hər bir kəsin daxilində və həyatında “Əsl Möcüzə” var. Yeni fəlsəfə “Əsl Möcüzə”ni həyatın özündə, insanların əməlləri və hisslərində, ifadə etdiyi emosiyalarda görməyə çağırır. Bu mənada Coca-Colanın yeni fəlsəfəsinin pandemiya dövründə yaranması təsadüfi deyil. Gerçək və virtual dünyada insanları birləşdirən anların çox olduğunu əsas gətirən brend hər kəsi insani dəyərlər ətrafında birləşməyin vacib olduğunu vurğulayır.
Coca-Cola insanları bu fəlsəfə ilə tanış etmək məqsədilə “Bir-birimizə bir Coca-Cola qədər yaxınıq” adlı reklam çarxını da təqdim edib.
Coca-Cola şirkətinin marketinq üzrə vitse-prezidenti Manolo Arroyonun sözlərinə görə, “Coca-Cola özlüyündə ziddiyyətlərdən ibarət bir brenddir - təvazökar, lakin məşhur; əsl, lakin sirli; real, amma sehrli”.
“Əsl Möcüzə” fəlsəfəsinə görə adi və fərqli, sadə və əlamətdar anlar dünyaya xüsusi rəng qatır. Eyni zamanda, “Əsl Möcüzə” Coca-Colanın əsas mahiyyəti olan unikal və əsrarəngiz dadını əks etdirir.
“Əsl Möcüzə”nin köməyi ilə müştərilərimizə unikal, hər kəsdə öz əksini tapacaq təcrübə yaşadaraq onlarla xüsusi ünsiyyət qurmaq istəyirik” - Arroyo bildirib.
Azərbaycanda loqotip dəyişikliklərini artıq brendin sosial şəbəkələrindəki səhifələrində, habelə küçə reklamlarında görmək mümkündür.
Bildirək ki, “Əsl Möcüzə” bununla bitmir. Azərbaycan vətəndaşları həm virtual məkanda, həm də paytaxt Bakı və digər iri şəhərlərin küçələrində müxtəlif yaş, əqidə və dəyərləri təmsil edən insanları birləşdirəcək sehrli hadisələrin şahidi olacaqlar.
Müştərilərin xəbərləri
"AFB Bank" artan xərclərinin 2026-cı ildən "bar verəcəyini" gözləyir - 2025-DƏ 131 NƏFƏR İŞÇİ QƏBUL EDİB
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
4 d. əvvəl
Yasamalda ev almaq istəyənlər üçün əla fürsət: Faizsiz və öhdəliksiz satış başladı!
-
-
45 d. əvvəl
“129 milyon manat və ya xalis mənfəətin 60%-i həcmində dividend ödənişimiz olub”
- 59 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
”PAŞA Bank”ın səhmlərinin ilkin kütləvi təklifi (İPO) zərurətdən irəli gəlmir”
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
PAŞA Sığorta 798 min manata yaxın zərəri ödədi!
Sabaha olan hava proqnozu
“Azerconnect Group” “mygov” platformasına qoşulub
Ən çox oxunanlar
Cavid Quliyev/ “PAŞA Bank”: “İPO ilə illər ərzində yaratdığımız dəyəri geniş investor kütləsi ilə bölüşmək istəyirik”
Azərbaycan neftinin son qiyməti
Rəsmi məzənnələr açıqlandı
Lombard şirkəti illik 15%-lə 2 milyon manat cəlb edir
Tramp: İranla razılaşma əldə etməliyik, əks halda bu, onlar üçün çox travmatik olacaq
Azərbaycanın xarici ticarətində 50/50 vəziyyət























