ABŞ öz strateji ehtiyatından neft satışını elan etdi
ABŞ öz strateji ehtiyatından 18 milyon barel neft satacaq - Energetika NazirliyiABŞ dekabrın 17-dən etibarən strateji ehtiyatından 18 milyon barel neft satmağa başlamaq niyyətindədir.
Marja.az xəbər verir ki, bu barədə cümə günü ABŞ Energetika Nazirliyinin yaydığı məlumatda deyilir.
Məlumatda deyilir: “ABŞ Prezidenti Co Baydenin noyabr ayında neft təchizatı çatışmazlığını həll etmək üçün qəti addım atdıqdan sonra, Energetika Departamenti dekabrın 17-də 18 milyon barel neft satışını elan edir”.
Həmçinin Nazirlik “Bazar şoklarının tənzimlənməsi” çərçivəsində 4,8 milyon barel neft partiyasının Amerikanın “Exxonmobil” şirkətinə ilk transferini elan edib.
Noyabrda Co Bayden ölkənin strateji ehtiyatlarından 50 milyon barel neftdən istifadə etmək qərarına gəlib. Ağ Evdən bildirilib ki, bu, amerikalılar üçün yanacağın qiymətlərini aşağı salmaq və pandemiyadan sonra qlobal bazarda tələb və təklifi sabitləşdirmək məqsədilə edilir. ABŞ rəsmiləri Böyük Britaniya, Çin, Hindistan, Cənubi Koreya və Yaponiya da daxil olmaqla bir sıra digər ölkələrin də eyni addımı atacağını bildiriblər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 54 d. əvvəl
-
-
59 d. əvvəl
“ƏDV geri al” layihəsi çərçivəsində 191 milyon manatdan çox vəsait istehlakçılara qaytarılıb
-
1 saat əvvəl
“Xızı-Abşeron” Külək Elektrik Stansiyasının rəsmi açılış mərasimi keçirilir
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Milli Depozit Mərkəzinin Müşahidə Şurasına yeni sədr və sədr müavini təyin olunub
-
1 saat əvvəl
Milli Depozit Mərkəzinin İdarə Heyətinə yeni sədr təyin olunub
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Tramp: 2027-ci ildə müdafiə büdcəmiz 1,5 trilyon dollar olmalıdır
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Norm Sement zavodunun istehsal gücü artırılıb
Dövlət Məşğulluq Agentliyinə yeni sədr təyin olunub
Milli Depozit Mərkəzinin İdarə Heyətinə yeni sədr təyin olunub
Ən çox oxunanlar
COP29 Azərbaycan Əməliyyat Şirkəti ləğv edilib
ABŞ Venesuela neftinə müddətsiz nəzarət istəyir
Tramp: 2027-ci ildə müdafiə büdcəmiz 1,5 trilyon dollar olmalıdır
Rəsmi məzənnələr açıqlandı
Gəncə–Qəbələ–Gəncə marşrutu üzrə qatarların HƏRƏKƏT QRAFİKİ

























