Azərbaycanın qeyri-neft ixracında 721 milyon dollarlıq artım
Qeyri-neft ixracı 44% artaraq 2,4 milyard ABŞ dolları təşkil edib“İxrac icmalı” nın dekabr sayına əsasən, 2021-ci ilin ilk 11 ayı ərzində Azərbaycanın ixracı 19,8 mlrd. ABŞ dolları, qeyri-neft sektoru üzrə 2,4 mlrd. ABŞ dolları təşkil edib.
Qeyri-neft sektoru üzrə ixrac 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 720,8 mln. ABŞ dolları və ya 44% artıb.
2021-ci ilin 11 ayı ərzində meyvə-tərəvəz məhsulları ötən ilin eyni dövrü ilə müqayisədə 258,8 min ABŞ dolları artaraq 549,8 milyon ABŞ dolları təşkil edib. Müvafiq dövr ərzində qeyri-neft ixracında pambıq iplik 3,4 dəfə, qara metallar və onlardan hazırlanan məmulatlar 2,3 dəfə, kimya sənayesi məhsulları 2,7 dəfə, pambıq lifi 70,2%, şəkər 29,8%, alüminium və ondan hazırlanan məmulatlarda isə 69,3%, artım qeydə alınıb.
Normallaşma prosesinin davam etdiyi dövrdə noyabr ayı üzrə ixrac 2,95 mlrd ABŞ dolları təşkil edib. Qeyri-neft sektoru üzrə ixracda artım 58,7% təşkil etməklə 307,2 mln ABŞ dolları olub. 2021-ci ilin noyabr ayı ərzində yeyinti məhsulları üzrə ixrac ötən ilin müvafiq ayı ilə müqayisədə 1,6% artaraq 98,9 milyon ABŞ dolları, qeyri-yeyinti məhsulları üzrə isə 2,2 dəfə artaraq 208,3 milyon ABŞ dolları təşkil edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 gün sonra
- 7 d. əvvəl
-
-
46 d. əvvəl
“Unibank”ın 7 %-dək endirimli kredit kampaniyasının bitməsinə az qaldı!
-
1 saat əvvəl
“Mart gəldi, nağd gəldi” — Bank Respublikadan sərfəli kredit təklifi
-
1 saat əvvəl
Yanvarda 882 min nəfərdən çox aylıq sosial müavinət və təqaüd alıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Nikahların sayı azalıb - SON 2 İLDƏ 42 MİNDƏN ÇOX BOŞANMA OLUB
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
Qızıl, artan qeyri-müəyyənlik və dolların dəyər itirməsi fonunda bahalaşır
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Prezident İranın yol və şəhərsalma nazirini qəbul edib
Dollar bazar ertəsi ucuzlaşıb
Nikahların sayı azalıb - SON 2 İLDƏ 42 MİNDƏN ÇOX BOŞANMA OLUB
Azərbaycanda doğulan körpə sayı azalıb, ölüm halı artıb
Rəsmi məzənnələr açıqlandı
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"

























