Azercell sosial şəbəkələrdə yarışma elan edir
Azərbaycanda telefon rabitəsinin yaradılmasının 140 illiyi münasibətilə xüsusi hədiyyələr oynanılacaq() Bu il Azərbaycan Respublikasında telefon rabitəsinin yaradılmasının 140 ili tamam olur. Bu münasibətlə ölkənin lider mobil operatoru “Azercell Telekom” MMC abunəçiləri arasında müsabiqə elan edir. Müsabiqə rabitənin 140 illiyi münasibətilə Rəqəmsal İnkişaf və Nəqliyyat nazirliyinin təşkil etdiyi tədbirlər çərçivəsində keçirilir.
“Rabitənin dünəni və bu günü” mövzusuna həsr olunmuş müsabiqə 28 noyabr–6 dekabr tarixləri arasında Azercell-in rəsmi sosial şəbəkə hesablarında keçiriləcək. Yarışma iştirakçıları təqdim olunan şəkillərdə gizlin detalları aşkara çıxarmaqla hədiyyə qazanacaqlar. “Gizlini aşkara çıxar, hədiyyəni apar” şüarı ilə keçiriləcək yarışma qeyd olunmuş zaman çərçivəsində abunəçilərə müxtəlif hədiyyələr qazanmaq imkanı verəcək.
Xatırladaq ki, Azərbaycanda ilk telefon xətti 1881-ci il noyabr ayının 23-də istismara verilib. Uzunluğu 6 km olan bu telefon xətti “Nobel qardaşlarının neft istehsalı şirkəti”-nin baş kontoru ilə sədr və baş mühəndisin evlərini birləşdirib. Elə həmin tarix ölkəmizdə rabitə əsrinin başlanğıcı kimi qəbul edilir.
Azərbaycanda mobil rabitə sektorunun flaqmanı sayılan “Azercell Telekom” MMC-nin hazırladığı müsabiqələr hər zaman müasir cəmiyyətin, xüsusilə də gənclər arasında mütaliə mədəniyyətinin inkişafına, tariximizin öyrənilməsinə və təbliğatına xidmət edir.
Müsabiqədə iştirak edin, həm maariflənin, həm də hədiyyə qazanın
Müştərilərin xəbərləri
"AFB Bank" artan xərclərinin 2026-cı ildən "bar verəcəyini" gözləyir - 2025-DƏ 131 NƏFƏR İŞÇİ QƏBUL EDİB
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 22 d. əvvəl
-
- 40 d. əvvəl
-
1 saat əvvəl
”PAŞA Bank”ın səhmlərinin ilkin kütləvi təklifi (İPO) zərurətdən irəli gəlmir”
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
4 saat əvvəl
Rusiyanın xarici dövlət borcu 20 ildə ilk dəfə 60 milyard dolları keçib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Sabaha olan hava proqnozu
“Azerconnect Group” “mygov” platformasına qoşulub
Cavid Quliyev/ “PAŞA Bank”: “İPO ilə illər ərzində yaratdığımız dəyəri geniş investor kütləsi ilə bölüşmək istəyirik”
Rəsmi məzənnələr açıqlandı
Lombard şirkəti illik 15%-lə 2 milyon manat cəlb edir
Ən çox oxunanlar
Tramp: İranla razılaşma əldə etməliyik, əks halda bu, onlar üçün çox travmatik olacaq
Azərbaycanın xarici ticarətində 50/50 vəziyyət
Bank yeni “Neftçilər” filialından gözləmədiyi nəticələr əldə edib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakıda daha bir ünvanda "Toba" velosiped mağazası açılacaq






















