“Ziraat Bank Azərbaycan” xanımlara dəstək oldu!
(®)Hər zaman sosial layihələrin həyata keçirilməsinə xüsusi diqqət ayıran “Ziraat Bank Azərbaycan” ASC, bu dəfə də aqroturizm sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyən xanımlara dəstək oldu. Bank aqroturizm sahəsində sahibkarlıq fəaliyyətinə başlamaq istəyən xanımları bütün lazımi avadanlıqlarla təmin edərək bir ilkə imza atdı!
Kənd təsərrüfatı və turizm sektorlarının elementlərini özündə birləşdirən aqroturizmin inkişafı, regionlarda məşğulluğun təmin edilməsi, sosial-iqtisadi şəraitin yaxşılaşdırılması və iqtisadiyyatın şaxələndirilməsi nöqteyi-nəzərindən ölkə iqtisadiyyatı üçün mühim əhəmiyyət kəsb edən xidmət sahələrindən biridir. Bankımız bu sahənin inkişafına öz dəstəyini, İsmayıllı rayonu Lahıc, Topçu və Buynuz kəndlərinin sakinləri olan beş xanım sahibkarı, qeyd edilən xidmət sahəsi üçün lazım olan avadanlıqla təchiz etməklə təqdim etmişdir.
Qeyd edilən layihə “Ziraat Bank Azərbaycan” ASC, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Respublikası Mərkəzi Bankı və “Azərbaycan Banklar Assosiasiyası” İctimai Birliyi arasında imzalanmış həssas əhali qruplarının özünüməşğulluğuna dəstək sahəsində əməkdaşlığa dair memorandumun icrası çərçivəsində həyata keçirilir. Bununla da Bank, Özünüməşğulluq layihəsinin 2021-ci il üzrə birinci mərhələsini tamamlamış və layihənin ikinci mərhələsində şəhid ailələri və qazilərin şəxsi bizneslərinin yaradılmasına dəstək verilməsini prioritet istiqamət kimi müəyyən etmişdir.
Bu günədək “Ziraat Bank Azərbaycan” ASC tərəfindən, Bakı, Sumqayıt, Salyan, Mingəçevir, Ağdam və digər bölgələrimizdə yaşayan bir çox vətəndaşımıza öz şəxsi bizneslərinin qurulmasında maddi dəstək göstərilmişdir.
“Ziraat Bank Azərbaycan” ASC, Türkiyə Respublikasına məxsus, 158 illik tarixə malik olan “Ziraat Maliyyə Qrupu”-nun tərkib hissəsidir və Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən verilmiş 30.12.2014-cü il tarixli 255 nömrəli lisenziya əsasında fəaliyyət göstərir. Korporativ və pərakəndə bankçılıq sahəsində məhsul və xidmətlər təklif edən Bankın Bakı, Gəncə və Sumqayıt şəhərlərində ümumi 6 filialı mövcuddur, yaxın günlərdə 7-ci filialının açılışı gözlənilir.
Bankın təqdim etdiyi məhsul və xidmətlər haqqında daha ətraflı məlumatı, Bankın Facebook, Instagram, Twitter, Linkedin sosial media hesablarından və ya *9229 qısa nömrəsinə zəng edərək əldə edə bilərsiniz.
Müştərilərin xəbərləri
"AFB Bank" artan xərclərinin 2026-cı ildən "bar verəcəyini" gözləyir - 2025-DƏ 131 NƏFƏR İŞÇİ QƏBUL EDİB
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
9 d. əvvəl
”PAŞA Bank”ın səhmlərinin ilkin kütləvi təklifi (İPO) zərurətdən irəli gəlmir”
-
- 34 d. əvvəl
- 47 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
Rusiyanın xarici dövlət borcu 20 ildə ilk dəfə 60 milyard dolları keçib
-
3 saat əvvəl
Tramp: İranla razılaşma əldə etməliyik, əks halda bu, onlar üçün çox travmatik olacaq
-
3 saat əvvəl
“5 milyon manatlıq istiqrazlarımızın uğurla yerləşdirilməsi bizi həvəsləndirib”
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Rəsmi məzənnələr açıqlandı
Tramp: İranla razılaşma əldə etməliyik, əks halda bu, onlar üçün çox travmatik olacaq
Ən çox oxunanlar
Azərbaycanın xarici ticarətində 50/50 vəziyyət
Bank yeni “Neftçilər” filialından gözləmədiyi nəticələr əldə edib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakıda daha bir ünvanda "Toba" velosiped mağazası açılacaq

























