Taxıl biçininə başlanılıb
Göyçay rayonunda taxıl biçini kampaniyasına start verilib. İlk olaraq rayonun 6 kəndində arpa tez yetişdiyi üçün həmin sahələrdə biçin aparılır.
Göyçay rayon Kənd Təsərrüfatı İdarəsindən bildiriblər ki, fermerlər və torpaq mülkiyyətçiləri bu il taxıl sahələrindən bol məhsul götürəcəklərinə əmindirlər. Biçin kampaniyasına ciddi hazırlaşan taxıl istehsalçıları məhsulu vaxtında və itkisiz toplamaq üçün bütün qüvvələri səfərbər ediblər. Bu il rayonun kəndli fermerləri öz təsərrüfatlarında 14 min 714 hektar sahədə taxıl becəriblər. Bunun 7780 hektarını buğda, 6934 hektarını arpa təşkil edir. Sahələrdə aqrotexniki tədbirlərin vaxtında və keyfiyyətlə həyata keçirilməsi, ziyanvericilərin qarşısının alınması və hava şəraitinin əlverişli olması nəticəsində bol məhsul yetişib. Mütəxəssislərin fikrincə, cari ildə məhsuldarlıq ötən ildəkindən daha çox olacaq.
Cari ildə taxıl biçininə Göyçay və ətraf rayonlardan 45 ədəd müxtəlif markalı kombayn və yük maşını cəlb olunub. Rayonda taxılın vaxtında və itkisiz yığılması məqsədilə məhsul istehsalçılarının taxılyığan kombayn və digər kənd təsərrüfatı texnikaları ilə tələbata uyğun təmin edilməsinə kömək göstərilməsi üçün operativ işçi qrupu yaradılıb.
İdarənin rəisi Elçin İsmayılov bildirib ki, bu il rayonda kombayn çatışmazlığı problemi olmayacaq və fermerlərin məhsulu vaxtında biçilərək təhvil veriləcək. Bu məqsədlə dağlıq rayonlarda biçin vaxtı gec olduğu üçün oradakı kombaynlar da rayondakı taxıl sahələrinə cəlb olunacaq. Hava yağmursuz keçərsə, arpa biçini kampaniyasının iyunun 25-dək, buğda biçininin isə iyulun ortalarınadək başa çatdırılması planlaşdırılır.
Qeyd edək ki, taxıl biçini prosesinə cəlb olunan mexanizator və kombaynçılar taxılın yanğından qorunması və digər təhlükəsizlik qaydalarına əməl edilməsi ilə bağlı təlimatlandırılıblar.
© Azərtac
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 1 gün sonra
-
-
1 saat əvvəl
Yaxın aylarda Azərbaycana məşhur texnoloji tərəfdaşlarla yeni data mərkəzləri gəlir
-
1 saat əvvəl
Azərbaycanda yeni neft emalı zavodu tikiləcək - BU BARƏDƏ QƏRAR QƏBUL OLUNUB
-
1 saat əvvəl
"Yevlax pilot aqrar park modelinin azad edilmiş ərazilərdə də həyata keçirilməsi qərara alınıb"
-
2 saat əvvəl
Nazir Azərbaycanda iqtisadi artım tempinin azalmasının əsas səbəbini açıqladı
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Cabbarov: İqtisadi struktur dəyişir, amma bu səviyyə bizi qane etmir
- 4 saat əvvəl
-
5 saat əvvəl
Birillik əkin aparan fermerlərin kredit faizlərini dövlət ödəyəcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
"Yevlax pilot aqrar park modelinin azad edilmiş ərazilərdə də həyata keçirilməsi qərara alınıb"
Tramp: ABŞ İrana yenidən “çox sərt” zərbələr endirəcək
Vergi ödəyiciləri ƏDV depozit hesablarında olan vəsaitlərdən dövlətə digər ödənişləri də həyata keçirə biləcəklər
Ən çox oxunanlar
Cabbarov: İqtisadi struktur dəyişir, amma bu səviyyə bizi qane etmir
"PAŞA Bank" Ağ Şəhərdə böyük filial açacaq
























