Tədavülə çıxanda 130 dollara, bugün isə 20 dollara bərabərdir
Məzənnədəki sürətli artım ilə Türkiyənin ən böyük kağız pulu olan 200 TL-nin alıcılıq qabiliyyəti kəskin azalıb. Tədavülə çıxdığı 1 Yanvar 2009-cu ildə 130 dollara qarşılıq gələn 200 TL-lik banknotun bugünki dollar qarşılığı 20 dollardır.İlk çıxdığı tarixdə 200 TL-lik banknotu yastığının altında saxlayanlar o gündən bu günə 110 dollar itiriblər. O gün pulunu dollara yatıranların 200 lirəsi isə bu gün 1289 lirəyə çatıb.
Marja xəbər verir ki, Türkiyə hökumətinin milli puldan 6 sıfır atma əməliyyatının ardından 1 Yanvar 2009-cu il tarixində YTL-dən TL-yə keçmiş və 200 TL-lik banknotları tədavülə buraxmışdı. Böyük məbləğli əməliyyatlarda istifadə edilməsi üçün 200 TL-nin ilk tədavülə çıxarıldığı gün 1 dollar 1,5367 lirə səviyyəsində idi. Ancaq aradan keçən təxminən 13 ildə dolların məzənnəsi sürətlə artaraq bu gün 9,98 lirəni görüb. Türkiyə Mərkəzi Bankının (TCMB) rəsmi məzənnəsi 9,9170 lirə olaraq açıqlanıb. TCMB məzənnəsilə belə, 200 TL ilə ancaq 20 dollar 17 sent alına bilir.
Təxminən 13 il əvvəl yalnız 1 ədəd 200 TL-lik banknotla ala bildiyimiz 130 dolları bu gün ala bilmək üçün 5 ədəd 200-lük, 2 ədəd 100-lük, 1 ədəd 50-lik, bir ədəd 20-lik, 1 ədəd 10-luq, 1 ədəd 5-lik banknotların və 4 ədəd 1 lirəlik dəmir pulların (cəmi 1289 lirə) olması lazımdır.
65 KİLO ÇÖRƏK, 66 KİLO MAKARON
İlk tədavülə çıxdığında 200 lirəylə 125 kilo un, 94 kilo çörək, 93 kilo makaron, 14.3 kilo quzu əti, 18 kilo ağ pendir, 833 ədəd yumurta ya da 39 kilo günəbaxan yağı alına bilirdi. Bu gün isə 34 kilo un, 28 kilo çörək, 26 kilo makaron, 2.8 kilo quzu əti, 6 kilo ağ pendir, 192 ədəd yumurta ya da 10 kilo günəbaxan yağı alına bilir. Təxminən 13 ildə 200 lirənin alış gücü 91 kilo un, 65 kilo çörək qədər "əriyib".
Həmçinin oxu
Dollar 10 türk lirəsinə daha da yaxınlaşdıMüştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
3 saat əvvəl
NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstəyini davam etdirir
-
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycanda süd istehsalı həcminin 10 %, ət istehsalının 20 % artırılması nəzərdə tutulur
- 1 gün əvvəl
-
1 gün əvvəl
SOCAR Çn şirkətilə “Abşeron” layihəsi çərçivəsində mümkün əməkdaşlığı nəzərdən keçirib
-
1 gün əvvəl
Avenue 8 öz fərqli memarlıq fəlsəfəsi ilə WUF 13 forumunda – VİDEO
-
1 gün əvvəl
Unicapital İnvestisiya Şirkəti 2025-ci ilin maliyyə nəticələrini açıqlayıb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 18 GÜN
NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstəyini davam etdirir
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
SOCAR Çn şirkətilə “Abşeron” layihəsi çərçivəsində mümkün əməkdaşlığı nəzərdən keçirib
Avenue 8 öz fərqli memarlıq fəlsəfəsi ilə WUF 13 forumunda – VİDEO
Ən çox oxunanlar
“Avrora Qrup” Qurban Bayramı münasibətilə aztəminatlı ailələrə bayram sovqatı çatdırıb
Bir neçə banka borcu olanlar üçün fürsət – illik 5%-dək endirim!
Dolların 1 iyun üçün rəsmi məzənnəsi müəyyən olunub












.jpg)









