Şirkətlər qrupu Müdafiə Nazirliyinə maşın və qoşqu hədiyyə etdi
STP Şirkətlər Qrupu Qarabağ uğrunda 44 günlük müharibədə əldə etdiyimiz qələbəyə həsr olunan 8 noyabr, Zəfər günü münasibətilə Azərbaycan Müdafiə Nazirliyinə yük maşını və öz istehsalı olan qoşqu hədiyyə edib.
Qrupun yaydığı məlumatda bildirilir ki, hədiyyə edilən qoşqu 50 tona qədər yükgötürmə qabiliyyətinə malikdir və təkərli, tırtıllı zirehli texnikaların daşınması üçün nəzərdə tutulub. Onun çəkisi 13 ton, uzunluğu 15.45 m, eni 3.4m və yerdən platformaya qədər olan məsafəsi 1.14 m-dir.
“STP Şirkətlər Qrupu daim dövlətimizin və ordumuzun yanındadır. Müəssisə müxtəlif məhsul istehsalını təmin edən avadanlıqları və sifarişçinin istəyinə uyğun həllər hazırlaya bilən mütəxəssis heyəti ilə daim Müdafiə Nazirliyinin yanında olub. Həmçinin şirkət bu günə kimi dəfələrlə öz texniki bilik və təcrübəsini Nazirliklə bölüşüb və gələcəkdə də bölüşməyə hazırdır”,- məlumatda deyilir.
Qeyd edək ki, STP Şirkətlər qrupu regionda ilk texnopark olmaqla kabel, elektrik avadanlıqları, alüminium və mis profillər, sendviç panellər, polimer borular, dəqiq mexaniki emal, qaynaq quraşdırma, ağır maşınqayırma, qaynar sinkləmə, qumlama və rəngləmə, metaləritmə və texniki qazların istehsalı kimi 30-dan çox istehsal sahələrini tərkibində birləşdirir. Müəssisənin təklif etdiyi yüksək keyfiyyətli məhsul və xidmətlər neft-qaz, energetika, inşaat, kənd təsərrüfatı kimi sahələrdə idxalın azalmasına istiqamətlənib.
Müştərilərin xəbərləri
"AFB Bank" artan xərclərinin 2026-cı ildən "bar verəcəyini" gözləyir - 2025-DƏ 131 NƏFƏR İŞÇİ QƏBUL EDİB
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
10 d. əvvəl
”PAŞA Bank”ın səhmlərinin ilkin kütləvi təklifi (İPO) zərurətdən irəli gəlmir”
-
- 35 d. əvvəl
- 48 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
Rusiyanın xarici dövlət borcu 20 ildə ilk dəfə 60 milyard dolları keçib
-
3 saat əvvəl
Tramp: İranla razılaşma əldə etməliyik, əks halda bu, onlar üçün çox travmatik olacaq
-
3 saat əvvəl
“5 milyon manatlıq istiqrazlarımızın uğurla yerləşdirilməsi bizi həvəsləndirib”
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Rəsmi məzənnələr açıqlandı
Tramp: İranla razılaşma əldə etməliyik, əks halda bu, onlar üçün çox travmatik olacaq
Ən çox oxunanlar
Azərbaycanın xarici ticarətində 50/50 vəziyyət
Bank yeni “Neftçilər” filialından gözləmədiyi nəticələr əldə edib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakıda daha bir ünvanda "Toba" velosiped mağazası açılacaq

























