Kapital Bank növbəti dəfə “Milli KSM” mükafatına layiq görülüb
(®) Kapital Bank Azərbaycanda üçüncü dəfədir keçirilən “Milli KSM” layihəsi çərçivəsində daha bir mükafata layiq görülüb. Bu dəfə Qarabağ müharibəsinin bitməsinə həsr olunan, Kapital Bank-ın dəstəyi ilə çəkilən “Qayıdış” qısametrajlı sənədli filmi qaliblər sırasında oldu.
Real əhvalatlar əsasında çəkilən filmdə Birinci Qarabağ müharibəsi zamanı öz doğma yurdlarından köçmək məcburiyyətində qalan azərbaycanlıların sözlə ifadə edilməsi çətin, ancaq yaşayarkən qürur duyulan hisslərindən danışılır. Artıq məcburi köçkün sayılmayan həmvətənlərimiz doğma yurdları ilə bağlı xatirələrini bölüşərkən, hər birinin gözlərində kədər, üzüntü, itki, intizar, sevinc, fərəh, qürur hissini sezmək olur. Filmin ideya və ssenari müəllifi Ersel Serdarlı, quruluşçu rejissoru isə Can Özbaturdur.
Qeyd edək ki, müsabiqəyə təqdim olunan bütün layihələr BMT-nin Baş Assambleyası tərəfindən qəbul edilmiş 17 məqsəd əsas götürülərək komissiya tərəfindən qiymətləndirilib. Komissiyaya Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Təhsil Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, ASAN Xidmət, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Azərbaycanda Qadın Sahibkarlığın İnkişafı Assosiasiyası (AQSİA) və PROAKTİV PR Agentliyi daxildir.
Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-a daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi – 104 filialı və 22 şöbəsi ilə müştərilərin xidmətindədir.
Müştərilərin xəbərləri
"AFB Bank" artan xərclərinin 2026-cı ildən "bar verəcəyini" gözləyir - 2025-DƏ 131 NƏFƏR İŞÇİ QƏBUL EDİB
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
10 d. əvvəl
”PAŞA Bank”ın səhmlərinin ilkin kütləvi təklifi (İPO) zərurətdən irəli gəlmir”
-
- 35 d. əvvəl
- 48 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
Rusiyanın xarici dövlət borcu 20 ildə ilk dəfə 60 milyard dolları keçib
-
3 saat əvvəl
Tramp: İranla razılaşma əldə etməliyik, əks halda bu, onlar üçün çox travmatik olacaq
-
3 saat əvvəl
“5 milyon manatlıq istiqrazlarımızın uğurla yerləşdirilməsi bizi həvəsləndirib”
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Rəsmi məzənnələr açıqlandı
Tramp: İranla razılaşma əldə etməliyik, əks halda bu, onlar üçün çox travmatik olacaq
Ən çox oxunanlar
Azərbaycanın xarici ticarətində 50/50 vəziyyət
Bank yeni “Neftçilər” filialından gözləmədiyi nəticələr əldə edib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakıda daha bir ünvanda "Toba" velosiped mağazası açılacaq

























