Bank Respublika ardıcıl olaraq 3-cü dəfə “Milli KSM Mükafatı”nı qazanıb
(®) Ölkəmizdə çoxsaylı sosial layihələr həyata keçirən Bank Respublika, Korporativ Sosial Məsuliyyət (KSM) layihələri üzrə ölkəmizdə üçüncü dəfə olaraq keçirilən “Milli KSM Mükafatı″ müsabiqəsinin növbəti dəfə qalibi seçilib.
Bank bu mükafata ötən il Neftçalada həyata keçirdiyi layihəyə görə layiq görülüb. Ötən ilin yay aylarında Kür çayında suyun azalması və Xəzər dənizinin suyunun çaya qarışması çaydakı suyun keyfiyyətinə təsir edib və onu içməyə yararsız vəziyyətə gətirib. Bununla bağlı Bank, 2 ay ərizndə hər gün su maşınları vasitəsilə Salyan şəhərindən Neftçala şəhəri daxil olmaqla, rayonun kənd və qəsəbələrinə hərəkət edərək, sakinləri içməli su ilə təmin edib.
Sözügedən layihə BMT-nin Baş Assambleyası tərəfindən qəbul edilmiş 17 Dayanıqlı İnkişaf Məqsədləri üzrə seçilib. Qeyd edək ki, Bank Respublika ardıcıl olaraq 3 ildir ki, Milli KSM Mükafatının qalibi olur.
Müsabiqəyə ölkəmizdə müxtəlif sektorlarda fəaliyyət göstərən təhsil, bank, səhiyyə, mobil oprerator, sığorta şirkətləri 2020-ci ildə həyata keçirdikləri layihələri təqdim edib. Qaliblər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Təhsil Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, ASAN Xidmət, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Azərbaycanda Qadın Sahibkarlığın İnkişafı Asossiasiyası və PROAKTİV PR Agentliyi nümayəndələrindən ibarət komissiya tərəfindən müəyyən edilib.
Müştərilərin xəbərləri
"AFB Bank" artan xərclərinin 2026-cı ildən "bar verəcəyini" gözləyir - 2025-DƏ 131 NƏFƏR İŞÇİ QƏBUL EDİB
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
12 d. əvvəl
”PAŞA Bank”ın səhmlərinin ilkin kütləvi təklifi (İPO) zərurətdən irəli gəlmir”
-
- 37 d. əvvəl
- 50 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
Rusiyanın xarici dövlət borcu 20 ildə ilk dəfə 60 milyard dolları keçib
-
3 saat əvvəl
Tramp: İranla razılaşma əldə etməliyik, əks halda bu, onlar üçün çox travmatik olacaq
-
3 saat əvvəl
“5 milyon manatlıq istiqrazlarımızın uğurla yerləşdirilməsi bizi həvəsləndirib”
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Rəsmi məzənnələr açıqlandı
Tramp: İranla razılaşma əldə etməliyik, əks halda bu, onlar üçün çox travmatik olacaq
Ən çox oxunanlar
Azərbaycanın xarici ticarətində 50/50 vəziyyət
Bank yeni “Neftçilər” filialından gözləmədiyi nəticələr əldə edib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakıda daha bir ünvanda "Toba" velosiped mağazası açılacaq



























