"MKT İstehsalat Kommersiya" şirkətindən yeni “Addım” layihəsi
“MKT İK” MMC Ağcabədi, Ağdam, Biləsuvar, Bərdə, Beyləqan, İmişli, Goranboy, Salyan, Saatlı, Sabirabad, Neftçala, Tərtər, Yevlax, Zərdab komandasına qoşulmaq üçün Gənc Mühəndis Mexanik axtarır. Bu məqsədlə Addım” layihəsi həyata keçirilib. Layihənin məqsədi rayonlarda iş fürsətlərinin artırılması, gənc mühəndis-mexaniklərin bu sahədə təcrübəli işçilərin yanında çalışaraq yetişdirilməsidir.(®) "MKT İstehsalat Kommersiya" MMC yeni “Addım” layihəsi çərçivəsində gənc mühəndis-mexaniklər üçün iş fürsətləri yaradır.
Şirkətin İnsan Resursları komandasının təşəbbüsü ilə start verilən genişmiqyaslı layihədə Ağcabədi, Ağdam, Biləsuvar, Bərdə, Beyləqan, İmişli, Goranboy, Salyan, Saatlı, Sabirabad, Neftçala, Tərtər, Yevlax, Zərdab rayonlarında yerləşən "MKT İstehsalat Kommersiya" MMC-nin filiallarında çalışacaq gənc mühəndis-mexanik axtarışları uğurla davam etdirilir.
Layihə - rayonlarda iş fürsətlərinin artırılmasına, gənc mühəndis-mexaniklərin bu sahədə təcrübəli işçilərin yanında çalışaraq yetişdirilməsinə xidmət edir. Kənd təsərrüfatının inkişafı həm bugün, həmdə gələcəyimiz üçün olduqca vacibdir. Bu inkişaf yolunda sektorun təcrübəli fermerlərlə yanaşı, fermerlərlə birgə çalışacaq mühəndis-mexaniklərə də ehtiyacı var.
"MKT İstehsalat Kommersiya" MMC-də, sektorun həm bugününü, həmdə gələcəyini düşünərək qeyd olunan layihənin genişmiqyaslı tətbiqinə start vermişdir. Davam edən layihədə bir çox namizədlərin müraciətləri qeydə alınmışdır. Daxil olan müraciətlər dəyərləndirilərək layihə çərçivəsində uyğun vakansiyalara yerləşdirmə üzrə işlər aparılır.
Qeyd edək ki, şirkətin start verdiyi “Addım” layihəsinin ilk addımı “Gənc Mühəndis-mexanik İnkişaf proqramı”-dır. Şirkət layihə çərçivəsində bir çox addımları həyata keçirməyi planlaşdırır.
"MKT İstehsalat Kommersiya" MMC 25 ildən çoxdur ki, ölkəmizdə pambıq və pambıq məhsulları istehsalı və ixracını həyata keçirir. 2019-2020 mövsümündə şirkət 45 000 Ha sahədən rekord göstərici olan 35.6 sentner/Ha xam pambıq istehsal etmişdir. Hal-Hazırda müəssisədə işçi sayısı 3200 nəfərdir və regionlarda 23 filialı fəaliyyət göstərməkdədir.
Cari ilin Yanvar-Sentyabr aylarında ixrac liderliyini əlində saxlayan şirkətdə karyeranızın ilk “Addım”-ını atmaq üçün tələsin.
Detallarla aşağıdaki linkdə tanış ola bilərsiniz:
Müştərilərin xəbərləri
"AFB Bank" artan xərclərinin 2026-cı ildən "bar verəcəyini" gözləyir - 2025-DƏ 131 NƏFƏR İŞÇİ QƏBUL EDİB
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 3 d. əvvəl
-
- 29 d. əvvəl
- 47 d. əvvəl
-
1 saat əvvəl
”PAŞA Bank”ın səhmlərinin ilkin kütləvi təklifi (İPO) zərurətdən irəli gəlmir”
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
"PAŞA Bank" IPO üzrə təqdimat tədbiri keçirib
Sabaha olan hava proqnozu
Azərbaycan neftinin son qiyməti
Rəsmi məzənnələr açıqlandı
Ən çox oxunanlar
Lombard şirkəti illik 15%-lə 2 milyon manat cəlb edir
Tramp: İranla razılaşma əldə etməliyik, əks halda bu, onlar üçün çox travmatik olacaq
Azərbaycanın xarici ticarətində 50/50 vəziyyət
Bank yeni “Neftçilər” filialından gözləmədiyi nəticələr əldə edib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakıda daha bir ünvanda "Toba" velosiped mağazası açılacaq
























