“Yapı Kredi Bank Azərbaycan”dan aztəminatlı və şəhid ailələrinə növbəti dəstək
(®) “Yapı Kredi Bank Azərbaycan” 5 aztəminatlı və şəhid ailəsini öz biznesini qurmaq üçün lazımi avadanlıqlarla təmin etmişdir.
Bank sentyabr ayında 2 şəhid ailəsinə - Cəfərova Səmayə və Cəfərova Səyidəyə dərzilik sahəsində biznes təşəbbüslərini reallaşdırmaq üçün lazımi avadanlıqları təqdim etmişdir. Qeyd edək ki, Cəfərova Səidə İkinci Qarabağ Müharibəsində şəhid olmuş Yunis Əliyevin, Cəfərova Səmayə şəhid Cəfərov Vüqarın anasıdır.
Oktyabr ayında isə Bank İkinci Qarabağ Müharibəsində yaralanmış, qazi Şükürov Nüşrəvanı dönərxana açması üçün tələb olunan avadanlıqlarla təmin etmişdir.
Bununla yanaşı, “Yapı Kredi Bank Azərbaycan” oktyabr ayında daha iki aztəminatlı ailəyə biznes fəaliyyəti ilə məşğul olmaları üçün dəstək göstərmişdir. Belə ki, Məmmədov Rüfətin uzun illərdir məşğul olduğu naxışvurma sənəti əsasında sahibkarlıq fəaliyyəti ilə məşğul olması üçün Bank onu ehtiyacı olan avadanlıqlarla təmin etmişdir. Paşayeva Ruqiyyənin isə ev şəraitində hazırladığı dadlı şirniyyatları gəlir mənbəyinə çevirə bilməsi üçün Bank ona un məmulatları sexi üçün lazım olan avadanlıqları təqdim etmişdir.
“Yapı Kredi Bank Azərbaycan” Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Mərkəzi Bank və Azərbaycan Banklar Assosiasiyası arasında aztəminatlı əhali qruplarının özünüməşğulluğunun təşkilinə köməklik göstərilməsi sahəsində əməkdaşlığa dair imzalanmış Memoranduma qoşularaq ötən ilin may ayından etibarən onlarla aztəminatlı ailəni öz işini qurması üçün bütün lazımlı avadanlıqlarla təmin etmişdir. Bankın sahibkarlıq fəaliyyətinə kömək göstərdiyi vətəndaşlar arasında Vətən müharibəsində həyatını itirmiş şəhid və ya sağlamlığını itirmiş qazi ailələrinin olmasına xüsusilə, önəm verir. Sosial məsuliyyət layihələri çərçivəsində bank cari ilin növbəti aylarında daha bir neçə aztəminatlı ailənin biznes təşəbbüsünün reallaşmasına töhvə verəcəkdir.
Bankın məhsul və xidmətləri barədə məlumatı bankın filiallarından, www.yapikredi.com.az internet adresindən, *0444 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.
Müştərilərin xəbərləri
"AFB Bank" artan xərclərinin 2026-cı ildən "bar verəcəyini" gözləyir - 2025-DƏ 131 NƏFƏR İŞÇİ QƏBUL EDİB
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 24 d. əvvəl
-
- 42 d. əvvəl
-
1 saat əvvəl
”PAŞA Bank”ın səhmlərinin ilkin kütləvi təklifi (İPO) zərurətdən irəli gəlmir”
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Rusiyanın xarici dövlət borcu 20 ildə ilk dəfə 60 milyard dolları keçib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Sabaha olan hava proqnozu
“Azerconnect Group” “mygov” platformasına qoşulub
Cavid Quliyev/ “PAŞA Bank”: “İPO ilə illər ərzində yaratdığımız dəyəri geniş investor kütləsi ilə bölüşmək istəyirik”
Rəsmi məzənnələr açıqlandı
Lombard şirkəti illik 15%-lə 2 milyon manat cəlb edir
Ən çox oxunanlar
Tramp: İranla razılaşma əldə etməliyik, əks halda bu, onlar üçün çox travmatik olacaq
Azərbaycanın xarici ticarətində 50/50 vəziyyət
Bank yeni “Neftçilər” filialından gözləmədiyi nəticələr əldə edib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakıda daha bir ünvanda "Toba" velosiped mağazası açılacaq






















