Bank BTB özünüməşğulluq proqramında fəal iştirakına davam edir
(®) Aztəminatlı ailələrin sosial rifahını yüksəltmək məqsədilə həyata keçirilən özünüməşğulluq tədbirlərində Bank BTB aktiv iştirak edir.
Belə ki, bankımız əhalinin həssas qruplarına aid olan daha 8 ailəni kiçik biznes qurmaları üçün lazımi avadanlıq və ləvazimatlarla təmin edərək sevindirdi. Onlardan 1-i kişi bərbərxanası, 2-si kiçik dərzi sexi, 5-i isə broyler inkubatoru biznesi ilə məşğul olan Ağdam sakini Qasımov Rauf Teymur oğlu, Soltanlı Elvin Arazxan oğlu, Füzuli sakini Sadıqov Taryel Hüseyin oğlu, Kərimova Samirə Maşallah qızı, Həşimova Yasəmən Möysüm qızı, Şirvan sakini Şıxəliyeva Kifayət Möhsün qızı, İskəndərova Lalə Mahir qızı, Beyləqan sakini Məmmədli Kamran Nəcəf oğludur. Qeyd edək ki, proqramdan yararlananlar şəhid ailəsi, Vətən müharibəsi əlilləri və aztəminatlı şəxslərdir.
Nəzərinizə çatdıraq ki, Bank BTB Özünüməşğulluğa Dəstək proqramı çərçivəsində ümumilikdə 35 ailəyə dəstək olub. Cari layihə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Mərkəzi Bankı və Azərbaycan Banklar Assosiasiyası İctimai Birliyi arasında həssas əhali qruplarının özünüməşğulluğuna dəstək sahəsində əməkdaşlığa dair imzalanmış memorandumun icrası istiqamətində həyata keçirilib.
Bankın məhsul, xidmət və ya kampaniyaları ilə bağlı məlumat almaq üçün onlayn müraciət kanalları olan Facebook (www.facebook.com/bankbtb) və Instagram (www.instagram.com/bankbtb/) səhifələrinə, eləcə də 055 3000 946 WhatsApp (https://wa.me/994553000946) nömrəsinə müraciət etmək mümkündür. Bundan əlavə (012) 946 nömrəli Məlumat mərkəzi və www.btb.az rəsmi saytı həftəiçi 5 gün müştərilərin xidmətindədir.
Müştərilərin xəbərləri
"AFB Bank" artan xərclərinin 2026-cı ildən "bar verəcəyini" gözləyir - 2025-DƏ 131 NƏFƏR İŞÇİ QƏBUL EDİB
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
23 d. əvvəl
”PAŞA Bank”ın səhmlərinin ilkin kütləvi təklifi (İPO) zərurətdən irəli gəlmir”
-
- 48 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
Rusiyanın xarici dövlət borcu 20 ildə ilk dəfə 60 milyard dolları keçib
-
3 saat əvvəl
Tramp: İranla razılaşma əldə etməliyik, əks halda bu, onlar üçün çox travmatik olacaq
-
3 saat əvvəl
“5 milyon manatlıq istiqrazlarımızın uğurla yerləşdirilməsi bizi həvəsləndirib”
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Rəsmi məzənnələr açıqlandı
Tramp: İranla razılaşma əldə etməliyik, əks halda bu, onlar üçün çox travmatik olacaq
Ən çox oxunanlar
Azərbaycanın xarici ticarətində 50/50 vəziyyət
Bank yeni “Neftçilər” filialından gözləmədiyi nəticələr əldə edib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakıda daha bir ünvanda "Toba" velosiped mağazası açılacaq


























