“AccessBank” böyüyüb - AKTİVLƏRİ 1 MİLYARD MANATA YAXINLAŞIB
Mikro, kiçik və orta sahibkarlığın kreditləşməsi bazarının liderlərindən biri olan “AccessBank”QSC 2021-ci ilin 9 ayı (yanvar-sentyabr) üzrə maliyyə göstəricilərini açıqlayıb.
Marja.az Bankın hesabatına istinadən xəbər verir ki, “AccessBank”ın faiz gəlirləri 2021-ci ilin 9 ayında ötən ilin eyni dövrü ilə müqayisədə 990 min manat və ya 1,4% artaraq 72 milyon 722 min manat, qeyri-faiz gəlirləri isə 51 min manat azalaraq 7 milyon 455 min manat təşkil edib. Bankın 2020-ci ilin 9 ayında faiz gəlirləri 71 milyon 732 min manat faiz, qeyri-faiz gəlirləri 7 milyon 506 min manat təşkil etmişdi.
GƏLİRLƏRİ 80 MİLYON MANATI ÖTÜB
2021-ci ilin 9 ayında “AccessBank”ın cəmi əməliyyat gəlirləri (faiz və qeyri-faiz gəlirləri) 80 milyon 177 min manat, cəmi əməliyyat xərcləri (faiz və qeyri-faiz xərcləri) 80 milyon 346 min manat, xərclər gəlirləri üstələdiyindən əməliyyat zərəri 169 min manat təşkil edib. Bank mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlara 748 min manat ayırdığından cari ilin 9 ayını 917 min manat xalis zərər ilə başa vurub.
Xatırladaq ki, 2020-ci ilin 9 ayında “AccessBank”ın cəmi əməliyyat gəlirləri 79 milyon 238 min manat, cəmi əməliyyat xərcləri 75 milyon 687 min manat, gəlirlər xərcləri üstələdiyindən əməliyyat mənfəəti 3 milyon 551 min manat təşkil etmişdi. Bank əməliyyat mənfəətindən mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlara 513 min manat ayırdığından həmin dövrü 3 milyon 38 min manat xalis mənfəət ilə bağlamışdı.
Beləlikllə, “AccessBank”ın 1 milyon manatdan da az olan xalis zərərinin səbəbi xərclərinin və mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlara ayırmasının artmasıdır. Diqqəti cəlb edən, “AccessBank”ın böyüməsi və müştərilərə verilən kreditlərin artmasıdır. Kreditlərin artması qarşıdakı dövrdə Bankın faiz gəlirlərinin artacağını deməyə əsas verir.
Qeyd edək ki, 2021-ci ilin ilk yarısının (yanvar-iyul) yekununda "AccessBank"ın xalis zərəri 2 milyon 24 min manat təşkil etmişdi. 3-cü rübdə Bank xalis zərərini 2,2 dəfə azaldaraq 917 min manata endirməyə nail olub.
BANK BÖYÜYÜB, MÜŞTƏRİLƏRƏ VERİLMİŞ KREDİTLƏR ARTIB
“AccessBank”ın cəmi aktivləri 2021-ci ilin 9 ayında ötən ilin sonu ilə müqayisədə 89 milyon 41 min manat və ya 10,4% artaraq 944 milyon 895 min manata yüksəlib.
“AccessBank” tərəfindən müştərilərə verilmiş cəmi kreditlər 2021-ci ilin 9 ayında ötən ilin sonu ilə müqayisədə 69 milyon 578 min manat və ya 13,8% artaraq 572 milyon 160 min manata çatıb. O cümlədən, istehlak kreditləri 19 milyon 900 və ya 37,6% artaraq 72 milyon 751 min manata, biznes kreditləri 49 milyon 770 min manat və ya 11,2% artaraq 492 milyon 155 min manata yüksəlib, daşınmaz əmlak kreditləri (ipoteka) 92 min manat azalaraq 7 milyon 254 min manata düşüb.
"AccessBank"ın maliyyə nəticələri ilə bağlı yaydığı məlumatda bildirilir ki, kredit portfelinin 86%-ni sahibkarlıq subyektlərinə verilən kreditlər təşkil edib. 2021-ci ildə AccessBank tərəfindən 430,6 milyon manat kredit verilib, bu da 2020-ci ilin eyni dövrü ilə müqayisədə 164,3 milyon manat çoxdur. Verilən kreditlərin yarıdan çoxu regional filialların payına düşüb.
“AccessBank”da cəmi depozitlər 2021-ci ilin 9 ayında ötən ilin sonu ilə müqayisədə 51 milyon 113 min manat və ya 8,1% artaraq 678 milyon 674 min manata çatıb. Bankda fiziki şəxslərin depozitləri 41 milyon 953 min manat artaraq 539 milyon 16 min manata, hüquqi şəxslərin depozitləri isə 9 milyon 160 min manata artaraq 139 milyon 658 min manat yüksəlib.
30 Sentyabr 2021-ci il tarixində "AccessBank" 77 milyon 512 min manat məcmu kapitala malik olub, bu da minimum məcmu kapital tələbindən (50 milyon manat) 27 milyon 512 min manat artıqdır.
MÜVƏQQƏTİ SƏDRİNDƏN ŞƏRH
AccessBank-ın İdarə Heyətinin sədri vəzifəsini icra edən Yevgeniya Qaşikulina Bankın üçüncü rüb üzrə maliyyə nəticələrini şərh edib: “Bankın 2021-ci il üçün əsas vəzifəsi kredit portfelinin artırılmasıdır və biz bunun öhdəsindən uğurla gəlirik. Bank hər ay 4 mindən çox sahibkara kredit verir ki, bu da mikro və kiçik biznesə bağlılığımızın əyani sübutudur. Bundan başqa, ilin birinci yarısında yaranan zərəri üçüncü rübdə yarıya endirdik və onu ilin sonuna qədər tamamilə bağlamaq niyyətindəyik. Depozit portfeli, likvidlik göstəriciləri də sabit müsbət tendensiya göstərir. Əminik ki, pandemiyanın yaratdığı fəsadlar aradan qalxacaq və AccessBank iqtisadiyyata fəal şəkildə kredit verməyə və təklif etdiyi xidmətlərin çeşidini artırmağa davam edəcək”.
"AccessBank" 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası kimi beynəlxalq təşkilat və qurumlar yer alır. Bankın 15-i Bakıda, 13-ü bölgələrdə olmaqla 28 filialı fəaliyyət göstərir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
28 d. əvvəl
"Dövlət istiqrazlarının böyük hissəsi büdcədən vəsait alan hüquqi şəxslərin əlində cəmləşib"
-
-
57 d. əvvəl
“OBA” beynəlxalq mükafat - SAP Quality Awards 2025-in qalibi oldu
-
1 saat əvvəl
Daha 9 şəxs “Startap” şəhadətnaməsi aldı - 3 İL VERGİLƏRİ ÖDƏMƏYƏCƏKLƏR
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
İlham Əliyev “Qozlukörpü” Su Elektrik Stansiyasının açılışında iştirak edib
-
3 saat əvvəl
Qlobal şirkət qızıl və gümüş üçün qiymət proqnozlarını yuxarı qaldırıb
-
3 saat əvvəl
Qlobal bank 2027‑ci il üçün neftin qiyməti üzrə proqnozlarını aşağı saldı
-
3 saat əvvəl
Azərbaycanda "Starlink"in istifadə edildiyi sahələr açıqlanıb
-
3 saat əvvəl
Unibank maliyyə vəziyyətini açıqladı - AKTİVLƏRİ 2 MİLYARD MANATI KEÇİB
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
"Dövlət istiqrazlarının böyük hissəsi büdcədən vəsait alan hüquqi şəxslərin əlində cəmləşib"
“OBA” beynəlxalq mükafat - SAP Quality Awards 2025-in qalibi oldu
Agentlik şirkətin provayder kimi uçotunu ləğv etdi
Ən çox oxunanlar
Azərbaycanda "Starlink"in istifadə edildiyi sahələr açıqlanıb
Biznes bankçılıqda daha çox rahatlıq – Expressbank
Sabah Bakıya sulu qar, bəzi rayonlara qar yağacaq
2026-cı ilin ötən günlərində ən sürətlə bahalaşan metal
Tərtərdə hərbi məhsullar istehsal edəcək zavodun açılışı olub
Azərbaycan neftinin son qiyməti
Azərbaycanın naziri İsrailin aparıcı heyvandarlıq müəssisələri və süd emalı zavodlarının fəaliyyəti ilə tanış olub




















