PAŞA Bank-ın xeyriyyə və sponsorluq xərcləri 11 dəfəyə yaxın azalıb
2020-ci ilin ilk 6 ayı ilə müqayisədə 2021-ci ilin ilk 6 ayı ərzində PAŞA Bank-ın cəmi xərcləri 5 milyon 457 və ya 12,1% azal olub.
Marja-nın məlumatına görə, 2021-ci ilin ilk yarısının maliyyə nəticələrinə həsr olunan mətbuat konfransında “PAŞA Bank” ASC-nin İdarə Heyətinin üzvü, Baş maliyyə inzibatçısı Bəhruz Nağıyev bildirib ki, xərclərin azalması pandemiya ilə əlaqədar olaraq bir sıra vəsaitlərin xərclənməməsi ilə əlaqədardır. Bağlanmalar olduğundan PAŞA Bank nəzərdə tutulan vəsaitləri tam xərcləyə bilməyib.
2021-ci ilin ilk 6 ayında PAŞA Bank-ın cəmi xərcləri 39 milyon 472 min manat təşkil edib. Ötən ilin eyni dövründə PAŞA Bank 44 milyon 929 min manat xərcləmişdi.
Cəmi xərclərin azalmasına əsasən xeyriyyə və sponsorluq xərclərinin azalması təsir göstərib. 2020-ci ilin ilk 6 ayında PAŞA Bankda 11 milyon 185 min manat olmuş bu xərclər, 2021-ci ilin 1-ci yarısında 1 milyon 52 min manat təşkil edib (10,6 dəfə azalıb).
Müştərilərin xəbərləri
"AFB Bank" artan xərclərinin 2026-cı ildən "bar verəcəyini" gözləyir - 2025-DƏ 131 NƏFƏR İŞÇİ QƏBUL EDİB
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 20 d. əvvəl
-
- 39 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Rusiyanın xarici dövlət borcu 20 ildə ilk dəfə 60 milyard dolları keçib
-
1 saat əvvəl
Tramp: İranla razılaşma əldə etməliyik, əks halda bu, onlar üçün çox travmatik olacaq
-
2 saat əvvəl
“5 milyon manatlıq istiqrazlarımızın uğurla yerləşdirilməsi bizi həvəsləndirib”
- 2 saat əvvəl
-
2 saat əvvəl
Bank yeni “Neftçilər” filialından gözləmədiyi nəticələr əldə edib
- 17 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Rəsmi məzənnələr açıqlandı
Lombard şirkəti illik 15%-lə 2 milyon manat cəlb edir
Bank yeni “Neftçilər” filialından gözləmədiyi nəticələr əldə edib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Bakıda daha bir ünvanda "Toba" velosiped mağazası açılacaq
Azərbaycan bankı 1 ildə işçilərinin sayını 131 nəfər artırıb
Dövlət Vergi Xidmətinin rəisinə və baş idarə rəislərinə ali rütbələr verildi, işçiləri təltif edildilər - SİYAHI
Energetika naziri İranın səfirini qəbul edib - Dövlət Komissiyasının iclası keçiriləcək
2025-də Azərbaycanın qaz hasilatı 2,1%, SOCAR üzrə isə 1,4% artıb
Yanvarda dövlət büdcəsinin gəlirləri proqnozu üstələyib, 2,3 milyard manat artıqlıq yaranıb






















