Avrozonada inflyasiya 13 ilin rekordunu vurub
Qazın “zibili çıxdı” - Avropada inflyasiya rekord vururSon 13 ilin yuxarı həddi, tez bitməsinə ümid yoxdur....
Avropada istehlakçı qiymətləri indeksi (İQİ), başqa sözlə - inflyasiya son 13 ilin rekordunu yeniləyib. Marja xəbər verir ki, Avropa statistika qurumu (Eurostat) Avrozonanın 19 ölkəsində inflyasiyanın sentyabr ayında 3,4% təşkil etdiyini açıqlayıb. Bu isə, 2008-ci il qlobal maliyyə böhranından bəri ən yüksək göstəricidir.
Kimdir günahkar? Qaz!
Son aylarda Avropada yüksələn enerji, xüsusən təbii qaz qiymətləri inflyasiyanı artıran başlıca amildir. Avropada qaz qiymətləri ilin əvvəlindən 400% bahalaşıb. İkinci böyük səbəb istehsal xərclərinin artmasıdır. Avqust ayı ilə müqayisədə əsas ərzaq məhsullarında bahalaşma 2%-dən yuxarıdır.
Avrozonanın ən böyük iqtisadiyyatında - Almaniyada isə sentyabr ayı üzrə inflyasiya 4,1% təşkil edib ki, bu da son 30 ilin ən yüksək göstəricisidir. Qış fəsi ilə əlaqədar qaza tələbatın daha da artması enerji qiymətlərinin ucuzlaşacağına dair ümdləri doğrultmur. Belə olan halda, il sonuna Avrozonada inflyasiya Avropa Mərkəzi Bankının hədəfindən (2%) 2 dəfə çox olacaq...
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
5 saat əvvəl
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
-
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
-
6 saat əvvəl
"Bakı-Tbilisi sərnişin qatarı bərpa olunur" xəbəri ilə bağlı rəsmi açıqlama
- 7 saat əvvəl
-
7 saat əvvəl
Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirmə işlərinin yekun qəbulu təsdiqləndi
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
Sement ixracı azalıb
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Ən çox oxunanlar
Kartof ixracı 2 dəfədən çox artıb
Nar ixracında həm həcm, həm də gəlir azalıb
Xurma ixracında azalma qeydə alınıb
Alma ixracında həm həcm, həm də gəlir artıb
Fındıq ixracından gəlir kəskin artıb
Pomidor ixracında həcm azalsa da, gəlir cüzi artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub

























