“Milla” şəhid və qazi ailələri üçün maarifləndirici və əyləncəli tur təşkil edib - FOTOLAR
(®️) “AZFPCO” MMC-ə məxsus “Milla” süd markası zaman-zaman süd emalı zavoduna məktəblilər və digər qurumlardan olan qonaqlar üçün tur təşkil edir. Bu dəfə isə daha iri miqyaslı layihə həyata keçirməyə qərar verib. Bu dəfəki layihə xalqımız üçün əziz və dəyərli, eyni zamanda dövlətimizin hər zaman qayğı göstərdiyi və diqqət mərkəzində saxladığı şəhid və qazi ailələri olmuşdur. Layihənin məqsədi şəhid və qazi ailələrini daima gündəmdə saxlamaq, qonaqları maarifləndirmək və onlar üçün əyləncəli tədbir həyata keçirməkdən ibarət idi.
Belə ki, qonaqlar üç hissədən ibarət turda iştirak ediblər. Əvvəlcə, qonaqlar “Milla” süd emalı zavodunu ziyarət edərək “Milla” məhsullarının necə hazırlandığının şahidi olub. Qonaqlarımız “Milla” zavod ziyarətindən sonra Qəbələ rayonunda yerləşən “Qəbələ Ovcullu” fermasını ziyarət etmişdir. Orada onlar “Milla” süd məhsullarının əsas xammalı olan südün mənbəyi ilə tanış olublar.
Daha sonra qonaqlar Qəbələdə yerləşən 5 ulduzlu “Qafqaz Riverside Resort” otelində 2 günlük faydalı və əyləncəli tədbir proqramında iştirak etməklə, həm həvəsləndirici, həm də öyrədici təlimdə iştirak etmiş, sonra isə müxtəlif oyunlarda iştirak edərək əyləncəli vaxt keçirmişlər.
Yekunda “Milla” markası şəhid və qazi övladlarına turda iştirak etdikləri üçün onlara xüsusi sertifikat və hədiyyələr təqdim edib.
Balaca qonaqlar da öz növbəsində “Milla”ya təşəkkür nişanəsi olaraq çox dəyərli rəsm işlərini xatirə olaraq hədiyyə etmişlər.
“AZFPCO” MMC şəhid və qazi ailələrini diqqətdə saxladığını, bu və digər formatda layihələrin davamlı olacağını bildirmişdir.
Qeyd edək ki, “AZFPCO” MMC “Milla” markasına məxsus süd, ayran, qatıq, pendir, xama, yoğurt, kefir, dondurma və digər süd məhsullarının ən böyük yerli istehsalçısıdır.
https://www.facebook.com/milla.azerbaijan
TƏRKİBİNDƏ SEVGİ VAR!
Müştərilərin xəbərləri
"AFB Bank" artan xərclərinin 2026-cı ildən "bar verəcəyini" gözləyir - 2025-DƏ 131 NƏFƏR İŞÇİ QƏBUL EDİB
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
23 d. əvvəl
”PAŞA Bank”ın səhmlərinin ilkin kütləvi təklifi (İPO) zərurətdən irəli gəlmir”
-
- 48 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
Rusiyanın xarici dövlət borcu 20 ildə ilk dəfə 60 milyard dolları keçib
-
3 saat əvvəl
Tramp: İranla razılaşma əldə etməliyik, əks halda bu, onlar üçün çox travmatik olacaq
-
3 saat əvvəl
“5 milyon manatlıq istiqrazlarımızın uğurla yerləşdirilməsi bizi həvəsləndirib”
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Rəsmi məzənnələr açıqlandı
Tramp: İranla razılaşma əldə etməliyik, əks halda bu, onlar üçün çox travmatik olacaq
Ən çox oxunanlar
Azərbaycanın xarici ticarətində 50/50 vəziyyət
Bank yeni “Neftçilər” filialından gözləmədiyi nəticələr əldə edib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakıda daha bir ünvanda "Toba" velosiped mağazası açılacaq

























