Şəhanə Hacıyeva qızları idmanı atmayıb #OyunaDavam etməyə çağırdı
Azərbaycanda idmanla məşğul olan hər 3 qız uşağından biri yetkinlik yaşına çatdıqda idmanı tərk edir. Procter&Gamble Azərbaycan şirkətinin 18-35 yaşlı qadınlar arasında apardığı onlayn sorğudan bu nəticə əldə olunub. Şirkətin Always brendi bütün dünyada aktual olan bu problemi – qız uşaqlarının idmanı yetkinlik yaşına çatdıqda tərk etməsi problemini Azərbaycanda da diqqətə gətirərək #OyunaDavam kampaniyasına başlayıb.
Bu faktı uşaqlıqdan idmanın müxtəlif növləri ilə məşğul olan qızların məşqçiləri də təsdiqləyir. Cüdo üzrə məşqçi Fərid Ağakişiyev təəssüflə bildirir ki, idmana böyük həvəslə gələn, ümidlər vəd edən qız şagirdləri yetkinlik yaşına yaxınlaşdıqca müxtəlif səbəblərdən idmandan uzaqlaşırlar. “Qız uşaqlarının idmanla məşğul olması təkcə o demək deyil ki, onlar gələcəkdə mütləq peşəkar idmançı olmalıdırlar. Əlbəttə, biz məşqçilər bunu çox istərdik. Amma idman həm də qızların fərd kimi öz ayaqları üstündə, inamlı və güclü yetişmələrinə imkan verir” – məşqçi Fərid Ağakişiyev qeyd edir.
Sorğuda iştirak edən, uşaq yaşlarında idmanla məşğul olduqlarını bildirən qadınlar idmanın daha yaxşı fiziki və psixi forma qazanmağa, daha sağlam və çevik olmağa təsir göstərdiyini bildiriblər.
#OyunaDavam kampaniyasının məqsədi yetkinlik yaşına çatan qız uşaqlarını idmanı atmamağa çağırmaqdır. Qızları #oyunadavam etməyə kampaniyanın səfiri cüdoçu, Tokio Paralimpiya oyunlarının qızıl medalçısı Şəhanə Hacıyeva həvəsləndirir. “İdman mənim üçün təkcə məşğuliyyət yox, həm də özümə güvəndir. Heç zaman səhhətimdə baş verən dəyişikliklərin, həyatımdakı yeniliklərin məni bu özgüvənimdən ayırmasına izin verməmişəm, əksinə idmanla dəyişik və yeniliklərdə özümü daha inamlı hiss etmişəm” – çempion xanım idmançı deyir.
Kampaniya müddətində Always brendinin məhsullarını alan hər kəs Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinə dəstək vermiş və bununla da #OyunaDavam edən qadın idmançılarımızın beynəlxalq və yerli oyunlarda iştirakına kömək etmiş olacaq.
Qeyd edək ki, Always brendi yeniyetmə məktəbli qızlar arasında 1999-cu ildə başladığı maarifləndirici proqramı indiyədək davam etdirir. Bu müddətdə maarifləndirmə proqramına 700 mindən artıq yeniyetmə qız cəlb olunub.
Procter&Gamble (P&G) haqqında
P&G öz brendləri ilə dünyada təqribən 5 milyard insana xidmət göstərir. Şirkət Pampers, Tide, Ariel, Head&Shoulders, Always, Pantene, Fairy, Blend-a-med, Oral-B, Gillette, Safeguard kimi etibarlı, keyfiyyətli və qabaqcıl brendlərdən ibarət ən güclü məhsul çeşidlərinin birinə sahibdir. P&G icması dünyanın təqribən 70 ölkəsində fəaliyyət göstərir. P&G şirkəti və onun brendləri haqqında ətraflı məlumat almaq və ən son xəbərləri oxumaq üçün www.pg.com saytına baş çəkin.
Müştərilərin xəbərləri
"AFB Bank" artan xərclərinin 2026-cı ildən "bar verəcəyini" gözləyir - 2025-DƏ 131 NƏFƏR İŞÇİ QƏBUL EDİB
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
17 d. əvvəl
”PAŞA Bank”ın səhmlərinin ilkin kütləvi təklifi (İPO) zərurətdən irəli gəlmir”
-
- 42 d. əvvəl
- 55 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
Rusiyanın xarici dövlət borcu 20 ildə ilk dəfə 60 milyard dolları keçib
-
3 saat əvvəl
Tramp: İranla razılaşma əldə etməliyik, əks halda bu, onlar üçün çox travmatik olacaq
-
3 saat əvvəl
“5 milyon manatlıq istiqrazlarımızın uğurla yerləşdirilməsi bizi həvəsləndirib”
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Rəsmi məzənnələr açıqlandı
Tramp: İranla razılaşma əldə etməliyik, əks halda bu, onlar üçün çox travmatik olacaq
Ən çox oxunanlar
Azərbaycanın xarici ticarətində 50/50 vəziyyət
Bank yeni “Neftçilər” filialından gözləmədiyi nəticələr əldə edib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakıda daha bir ünvanda "Toba" velosiped mağazası açılacaq
























