“Slavyanka” qələbəmizin ildönümünə yenilənmiş məhsul həsr etdi
Məhsuldan əldə olunacaq gəlirin bir hissəsi “YAŞAT” Fonduna köçürüləcək.(®️) “Gədəbəy Mineral Suları” şirkəti xalqımızın erməni işğalçıları üzərində şanlı qələbəsinin ildönümünə yeni etiketli məhsul həsr edib. Üzərində “YAŞAT” Fondunun loqotipi olan məhsuldan əldə olunacaq gəlirin bir hissəsi həmin fonda köçürüləcək.
“Məhsul bizim hərzamankı təbii minerallı “Slavyanka” süfrə suyumuzdur. Sadəcə olaraq, 500 ml-lik qablaşmanı “YAŞAT” Fondu ilə birgə brendləşdirdik. İstehlakçılarımızın bu məhsula ödədikləri vəsaitin 10%-i şəhidlərimizin ailələrinin və müharibədə yaralanan qazilərimizin təminatı üçün təsis edilmiş Fonda yönəldiləcək” – şirkətdən bildirilib.
Şirkət bu məhsulu öz qəhrəmanlığı ilə xalqımızı aydınlığa çıxaranların xatirəsinə kiçik bir töhfə sayır. Vətən müharibəsi şəhidlərimizin ailələrinə və qazilərimizə necə dəstək verə biləcəyimizlə bağlı şirkətimiz daxilində və Fondla apardığımız müzakirələrdən sonra bu addımı atmağı qərara aldıq. Kiçik həcmli su məhsullarımızın dövriyyəsi digərlərindən böyükdür və bu sular rəflərdə çox yer tutur. Ümid edirik ki, məhsullarımız həm də bu xeyriyyə fondunun daha çox diqqət mərkəzində qalmasına kömək edəcək. ” - “Gədəbəy Mineral Suları” şirkətinin icraçı direktoru Adil Haqverdiyev deyib.
Şirkət direktoru əlavə edib ki, yeni məhsul yalnız şəbəkə marketlərində təqdim olunacaq. Buna səbəb həmin marketlərdəki satış dövriyyəsinin izlənilə bilməsidir.
Qeyd edək ki, bu addım “Gədəbəy Mineral Suları”nın YAŞAT Fondu ilə ilk əməkdaşlığı deyil. Şirkət bir müddət əvvəl Fondun və “ASAN Könüllüləri” Təşkilatının şəhid övladları üçün birgə təşkil etdikləri "YAŞAT" düşərgəsini 6 həftə boyunca su ilə təmin edib.
“Gədəbəy Mineral Suları” şirkəti 2004-cü ildə Azərbaycanın ilk qazsız qablaşdırılmış təbii minerallı süfrə suyu markası – “Slavyanka” ilə fəaliyyətə başlayıb. Bu gün geniş yayım və çatdırma şəbəkəsi olan şirkət Gədəbəy dağlarının insan orqanizmi üçün faydalı mineral və elementlərlə zəngin suyunu və həmin sudan hazırlanmış limonadları ölkənin hər bir nöqtəsinə təqdim edir.
Müştərilərin xəbərləri
"AFB Bank" artan xərclərinin 2026-cı ildən "bar verəcəyini" gözləyir - 2025-DƏ 131 NƏFƏR İŞÇİ QƏBUL EDİB
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
9 d. əvvəl
”PAŞA Bank”ın səhmlərinin ilkin kütləvi təklifi (İPO) zərurətdən irəli gəlmir”
-
- 34 d. əvvəl
- 47 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
Rusiyanın xarici dövlət borcu 20 ildə ilk dəfə 60 milyard dolları keçib
-
3 saat əvvəl
Tramp: İranla razılaşma əldə etməliyik, əks halda bu, onlar üçün çox travmatik olacaq
-
3 saat əvvəl
“5 milyon manatlıq istiqrazlarımızın uğurla yerləşdirilməsi bizi həvəsləndirib”
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Rəsmi məzənnələr açıqlandı
Tramp: İranla razılaşma əldə etməliyik, əks halda bu, onlar üçün çox travmatik olacaq
Ən çox oxunanlar
Azərbaycanın xarici ticarətində 50/50 vəziyyət
Bank yeni “Neftçilər” filialından gözləmədiyi nəticələr əldə edib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakıda daha bir ünvanda "Toba" velosiped mağazası açılacaq



























