"Fitch" Türkiyə iqtisadiyyatı üzrə proqnozunu yüksəldib
"Fitch Ratings" beynəlxalq reytinq agentliyi Türkiyə iqtisadiyyatının builki artım tempi üzrə proqnozunu 7,9%-dən 9,3%-dək yüksəldib.
Agentliyin yaydığı məlumata görə, sözügedən artımın son 10 ildə qeydə alınmış ən kəskin böyümə olacağı gözlənilsə də, COVID-19 pandemiyasının yaratdığı böhrandan bərpa hələ davam edir.
"Fitch"ə görə, 2022-ci ildə ölkə ÜDM-nin artım tempi 3,5%-dək yavaşlayacaq, 2023-cü ildə isə 4,5%-dək sürətlənəcək.
Lakin agentlik qeyd edir ki, sözügedən artım ilə birlikdə ölkədə yüksək və artan inflyasiya müşahidə olunmağa davam edəcək. Belə ki, agentliyin mütəxəssisləri güman edir ki, bu il Türkiyədə illik inflyasiya 17,2%, gələn il 13,4%, 2023-cü ildə isə 10,5% təşkil edəcək.
Xatırladaq ki, 2020-ci ildə Türkiyədə ÜDM-in artım tempi 1,8%-ə, illik inflyasiya isə 12,3%-ə bərabər olub.
Telegramda Marja.az səhifəsinə abunə olun
APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 4 saat əvvəl
-
- 5 saat əvvəl
-
6 saat əvvəl
Banklarda bazar risklərinin idarə edilməsi üzrə yeni tənzimləmə çərçivəsi təsdiq edilib
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Bu bankda əhalinin depozitləri 655 milyon manatdan çox artıb
-
8 saat əvvəl
Azercell “SMSRadar” xidməti üçün “Premium” abunəliyi təqdim edir
- 9 saat əvvəl
-
9 saat əvvəl
ABB-nin biznes kreditləri portfelində daha sürətli artım olub
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Kino Agentliyində yeni təyinatlar olub - YENİLƏNİB
KİV: İrandakı etirazlarda ölənlərin sayı 3 minə çatıb
“Azneft”dən hava şəraitinin dəyişməsi ilə bağlı açıqlama
Gümüş rekorddan "doymur"
Bu bankda əhalinin depozitləri 655 milyon manatdan çox artıb
Ən çox oxunanlar
Azercell “SMSRadar” xidməti üçün “Premium” abunəliyi təqdim edir
Prezident süxurların partladılması üçün rəmzi düyməni basdı - Çinə 1,6 milyard manatlıq məhsul ixrac olunacaq
ABB-nin biznes kreditləri portfelində daha sürətli artım olub
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub.
"Dövlət istiqrazlarının böyük hissəsi büdcədən vəsait alan hüquqi şəxslərin əlində cəmləşib"



















