YouTube-un ödənişli abunəçi sayı 50 milyona çatıb
Apple, Amazon və Spotify-la rəqabətdə vacib nəticələr...Dünyanın ən iri video platforması olan YouTube ödənişli xidmətlərin həcmini genişləndirir.
Marja xəbər verir ki, YouTube-un aylıq ödənişli abunəçilərinin sayı 50 milyona çatıb. Ötən ilin oktyabrında bu rəqəm 30 milyon idi. Bununla, YouTube həm də ciddi analitiklərin proqnozunu alt-üst edib.
Morgan Stanley ekspertləri 2018-ci ilin mayında Google tərəfindən istifadəyə verilən YouTube-un musiqi yayım xidmətinin yalnız 2022-ci ildə 22 milyon ödənişli abunəçiyə malik olacağını proqnozlaşdırırdı. Lakin Google tərəfindən aparlan uğurlu reklam kampaniyası və pandemiya YouTube-a qısa vaxtda nəticə qazandırıb.
Hazırda YouTube ödənişli abunəçilərinə 2 paket təklif edir: aylıq 10 dollara YouTube Music və ayda 12 dollarlıq genişləndirilmiş videoxidmətlərlə YouTube Premium.
Müqayisə üçün bildirək ki, 2008-ci ildə istifadəyə verilən Spotify-ın ödənişli abunəçi sayı 165 milyondur. Apple Music-in (2015) 78 milyon, Amazonun musiqi xidmətinin (Amazon Music Unlimited, 2016) isə 63 milyon abunəçisi var.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 13 saat sonra
-
-
38 d. əvvəl
SOCAR Serbiyada yeni qaz elektrik stansiyasının inşası üzrə danışıqlar aparır
-
9 saat əvvəl
Mayın 18-də gözlənilən hava şəraiti - Ayrı-ayrı yerlərdə intensiv yağış olacaq
- 9 saat əvvəl
-
9 saat əvvəl
Mercedes-Benz hərbi məhsullar da istehsal edə bilər - Şirkət müdafiə sənayesinə daxil ola bilər
-
11 saat əvvəl
Bank təqaüdçülərə faizi 9,9%-dən başlayan kredit təklif edir
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 27 GÜN
Sərfəli şərtlərlə zaminsiz kreditlər
Serbiya Prezidenti Azərbaycana səfərə gəlib
Bank təqaüdçülərə faizi 9,9%-dən başlayan kredit təklif edir
Şavkat Mirziyoyev WUF13-də iştirak üçün Azərbaycana gəlir
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 27 GÜN
Prezident İlham Əliyev Keniya Prezidentilə görüşüb
AZAL Naxçıvan reyslərini bərpa edib
"79 şəhərdən 68-nin baş planı yenilənib, 11 şəhər üzrə isə hazırlıq işləri davam edir"
ING: Azərbaycanın cari əməliyyatlar hesabının profisiti 2026-cı ildə ÜDM-in 10 %-ni təşkil edə bilər
Tramp İranı yenidən hədələdi - “Hər şeyi iki günə məhv edə bilərik"





















