Azərbaycan buğda idxalını azaldıb, tərəvəz ixracını 2 dəfə artırıb
2017-ci ilin birinci rübündə Azərbaycana 205,3 min ton buğda idxal edilib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 2,7% azdır. Bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Məlumata əsasən, respublikaya idxal olunmuş buğdanın ümumi dəyəri 38 mln. 225 min dollar (azalma 2,6%) təşkil edib.
Hesabat dövründə Azərbaycana 37 mln. 580 min dollar dəyərində (artım 1,9 dəfə) 81 min 628,6 ton şəkər xammalı və şəkər (artım 1,9 dəfə), 25 mln. 305,8 min dollar dəyərində (azalma 25,6%) 27 min 446,4 ton bitki yağı (azalma 35,1%), 10 mln. 175 min dollar dəyərində (artım 12,4%) 2 min 597,5 ton çay (azalma 3,5%), 13 mln. 505 min dollar dəyərində (artım 30,2%) 3 min 677,3 ton kərə yağı və süd (artım 24,2%) idxal edilib.
Birinci rübdə respublikaya 19 mln. 219,1 min dollar dəyərində (artım 8,3%) 24 min 368,4 ton meyvə (artım 13%), 6 mln. 174,1 min dollar dəyərində (artım 0,6%) 12 min 844,7 ton tərəvəz (azalma 24%), 11 mln. 936 min dollar dəyərində (azalma 18,6%) 59 min 838,6 ton kartof (azalma 20,7%) idxal edilib.
Hesabat dövründə ölkədən 20 mln. 170,1 min dollar dəyərində (artım 46%) 25 min 379,3 ton tərəvəz (artım 1,9 dəfə), 34 mln. 902,1 min dollar dəyərində (artım 19,8%) 29 min 527 ton meyvə (artım 58,6%), 8 mln. 560,8 min dollar dəyərində (artım 1%) 13 min 441,5 ton şəkər (azalma 3,4%), 2 mln. 198,3 min dollar dəyərində (azalma 6%,7) 1 min 933,2 ton bitki yağı (azalma 14%) ixrac edilib.
Həmçinin birinci rübdə 1 mln. 607,1 min dollar dəyərində (artım 41,1%) 1 min 614,6 ton meyvə və tərəvəz şirəsi (artım 47,3%), 1 mln. 116,3 min dollar dəyərində (artım 28,8%) 55,8 min dekalitr üzüm şərabı və üzüm şirəsi şirəsi (artım 16,3%) , 0,916 mln. Dollar dəyərində (artım 35,2%) 1 min 17,6 min ton meyvə və tərəvəz konservi (artım 27,6%) ixrac edib.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 gün sonra
- 3 saat əvvəl
-
- 3 saat əvvəl
-
5 saat əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz
























