PAŞA Bankın yeni kartı ilə səyahət daha da əlçatan olacaq!
(®️) Ölkənin aparıcı korporativ maliyyə institutu “PAŞA Bank”, “Miles&Smiles” kartlarının çeşidlərini genişləndirməyə davam edir.
Belə ki, Bank, yeni “Miles&Smiles Business Preferred” kartını müştərilərin istifadəsinə verib. “MasterCard” beynəlxalq ödəniş sistemi əsasında çalışan bu mil kartı öz sahibinə bir sıra üstünlüklərdən və imtiyazlardan faydalanmaq imkanı yaradır.
“Türk Hava Yolları” ilə eksklüziv tərəfdaşlıq çərçivəsində təqdim olunan “PAŞA Bank Miles&Smiles Business Preferred” kartı vasitəsilə biznes xərclərinin ödənişindən millər qazanmaq və əldə edilən milləri dünyanın 300-dən çox istiqaməti üzrə uçuş biletinə dəyişmək mümkündür.
Etibarlılıq müddəti 3 il olan bu kartı birdəfəlik 250 AZN ödənişlə və ya hissə-hissə illik 60 AZN ödəniş müqabilində əldə etmək imkanı yaradılıb.
“PAŞA Bank Miles&Smiles Business Preferred” kartının xüsusiyyətlərindən biri də kart sahibinə əlavə bonus olaraq “welcome” millərinin təqdim edilməsidir. Belə ki, kartı birdəfəlik ödənişlə alan və kartın aktivləşdirildiyi andan sonra 3 ay ərzində minimum 5 000 AZN nağdsız ödəniş həyata keçirən müştərilərə 5 000 "welcome" mili təqdim edilir. İllik ödənişlə alınan kartlara isə şərtsiz 1 000 "welcome" mili hədiyyə olunur.
Eyni zamanda “PAŞA Bank Miles&Smiles Business Preferred” kartı sahibləri dünyadakı 1000-dən çox “Lounge Key” biznes zallarına pulsuz və limitsiz giriş haqqına malikdir. Müvafiq kampaniya 31.12.2021 tarixinədək keçərlidir.
Bundan əlavə, “PAŞA Bank Miles&Smiles Business Preferred” kart sahibləri çatbot konsyerj xidmətindən istifadə edə, komissiya haqqı tətbiq olunmadan konvertasiya həyata keçirə, aylıq 1000 AZN-dək 0% ilə nağdlaşdırma əməliyyatından yararlana biləcək.
“PAŞA Bank Miles&Smiles” kartları və onların üstünlükləri barədə məlumat almaq, həmçinin kart sifariş etmək üçün https://www.miles.pashabank.az/ saytına daxil olun.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 3 saat əvvəl
-
- 4 saat əvvəl
-
5 saat əvvəl
Banklarda bazar risklərinin idarə edilməsi üzrə yeni tənzimləmə çərçivəsi təsdiq edilib
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Bu bankda əhalinin depozitləri 655 milyon manatdan çox artıb
-
7 saat əvvəl
Azercell “SMSRadar” xidməti üçün “Premium” abunəliyi təqdim edir
- 8 saat əvvəl
-
8 saat əvvəl
ABB-nin biznes kreditləri portfelində daha sürətli artım olub
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Kino Agentliyində yeni təyinatlar olub - YENİLƏNİB
KİV: İrandakı etirazlarda ölənlərin sayı 3 minə çatıb
“Azneft”dən hava şəraitinin dəyişməsi ilə bağlı açıqlama
Gümüş rekorddan "doymur"
Bu bankda əhalinin depozitləri 655 milyon manatdan çox artıb
Ən çox oxunanlar
Azercell “SMSRadar” xidməti üçün “Premium” abunəliyi təqdim edir
Prezident süxurların partladılması üçün rəmzi düyməni basdı - Çinə 1,6 milyard manatlıq məhsul ixrac olunacaq
ABB-nin biznes kreditləri portfelində daha sürətli artım olub
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub.
"Dövlət istiqrazlarının böyük hissəsi büdcədən vəsait alan hüquqi şəxslərin əlində cəmləşib"



















