Dövlət büdcəsinə daxil olan gömrük rüsumları 16%-ə yaxın artıb
Gömrüyün xəttilə dövlət büdcəsinə 7 ayda 2,4 milyard manat daxil olubBu ilin yanvar-iyul ayları ərzində Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə dövlət büdcəsinə 2 milyard 424 milyon 32 min manat daxil olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,7% çoxdur.
DGK-nın dərc etdiyi göstəricilərə görə, hesabat dövründə dövlət büdcəsinə daxil olan gömrük rüsumlarının həcmi ötən ilin analoji dövrü ilə müqayisədə 15,6% artaraq 657 milyon 18,4 min manat təşkil edib.
ƏDV üzrə daxilolmalar isə 2,5% azalaraq 1 milyard 649 milyon 758 min manata bərabər olub.
Aksizlər üzrə yanvar-iyul aylarıda daxilolmalar 92 milyon 736,7 min manat təşkil edib və illik 18,2% artıb.
Yol vergisi üzrə daxilolmaların həcmi 24 milyon 519,2 min manat təşkil edib ki, bu da ötən ilin analoji dövründə qeydə alınan göstəricidən 13,8% artıb.
Bu ilin iyul ayında Komitənin xətti ilə dövlət büdcəsinə 385 milyon 796,9 min manat həcmində vergi və rüsumlar daxil olub ki, bu da 2020-ci ilin eyni ayı ilə müqayisədə 13,4%, bu ilin iyun ayı ilə müqayisədə isə 2,5% artıb.
Bu ilin iyul ayı ərzində dövlət büdcəsinə daxil olan gömrük rüsumlarının həcmi ötən ilin analoji dövrü ilə müqayisədə 18,2% artaraq 99 milyon 471,3 min manat olub. Bu ilin iyun ayı ilə müqayisədə isə bu göstərici 4,6% azalıb.
Həmçinin, cari ilin iyul ayı ərzində ƏDV üzrə daxilolmalar ötən ilin eyni ayı ilə müqayisədə 10,9% artaraq 267 milyon 642,1 min manat (bu ilin iyun ayı ilə müqayisədə 5,9% artıb), aksizlər üzrə 14 milyon 909,8 min manat (iyun ilə müqayisədə 4,9% azalıb, illik 26,2% artıb), yol vergisi üzrə daxilolmalar isə 3 milyon 773,7 min manat (aylıq 3,5%, illik 32,9% artıb) təşkil edib.
Marja.az Telegramda: https://t.me/marjaaz
APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 18 saat sonra
- 58 d. əvvəl
-
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
İKTA yeni şikayət indeksi və şikayətlərin orta cavablandırılma müddəti hesabatını dərc edib
- 3 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Bank" səhmlərinə sahib olun!
TƏBİB-ə yeni İcraçı direktor təyin edildi
14 bank xalis mənfəət açıqladı - SİYAHI
"Ziraat Bank Azərbaycan"ın xalis mənfəəti 1,6 dəfə artıb
"AFB Bank" ilk rübü xalis mənfəət ilə başa vururb
"Yelo Bank"ın xalis mənfəəti 40 faiz azalıb
Ən çox oxunanlar
İqtisadi Şuranın növbəti iclası keçirilib
"Bank of Baku"nun xalis mənfəəti 16 faiz artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda istehsal olunan zəli məhsulları Avropa, Körfəz və Asiya ölkələrinə ixrac olunacaq
Bakıda özəl klinikanın fəaliyyəti dayandırılır
Unibank-ın xalis mənfəəti 3 dəfəyə yaxın artıb
Bakcell-in baş icraçı direktoru Klaus Müller vəzifəsindən ayrılıb





.jpg)
.jpg)









.jpg)




