Hər il 2,5 milyard ton ərzaq “zibil” kimi atılır
Bütün dünyada istehsal olunan qidanın 40%-i yeyilmədən tullantıya gedir...Qlobal iqtisadi və texnoloji inkişaf özü ilə bərabər ziddiyyətli problemlər gətirir. Bir tərəfdən planetin əhalisi artır və qidaya tələbat sürətlə böyüyür, digər tərəfdən getdikcə daha çox ərzaq istifadə olunmadan tullantıya çevrilir.
Marja Ümumdünya Vəhşi təbiət Fondu (WWF) və Böyük Britaniyanın ərzaq satışı şəbəkəsi Tesco-nun hazırladığı yeni hesabata istinadla xəbər verir ki, hər il dünyada 2,5 milyard ton ərzaq və qida tullantıya çevrilir. Bu rəqəmin 1,2 milyard tonu əksəriyyəti ABŞ və Avropada olan fermalarda, 931 milyon tonu pərakəndə ticarət və istehlakçılarda, qalanı isə daşınma, saxlanma, emal və istehsal prosesində itkiyə gedir.
Bu isə o deməkdir ki, qlobal miqyasda becərilən, yetişdirilən, fermalarda böyüdülən, istehsal və emal olunan ərzağın 40%-i yeyilmədən zibil kimi atılır. Bu məhsulları yetişdirmək üçün hər il 4,4 milyon km2-dən artıq kənd təsərrüfatı torpaqlarından və 760 km3 sudan istifadə olunur. Nəticədə, tullantıya gedən məhsullar istixana effekti yaradan qazların 10%-ni təşkil edir. Bu rəqəm isə ABŞ və Avropadakı bütün avtomobillərin il ərzində havaya buraxdığı zərərli qazların həcmindən 2 dəfə çoxdur...
Varlılar daha çox zibilləyir, kasıblar isə yemək tapmır...
İl ərzində tulantıya çevrilən qidanın 58%-i planetin əhalisinin cəmi 37%-ni təşkil edən Şimali Amerika, Avropa və Asiyanın zəngin ölkələrinin payına düşür. Halbuki, ədalətli bölüşdürmə olsaydı, bu itki hesabına Afrika qitəsini başdan-ayağa ərzaqla təmin etmək mümkün olardı...
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
- 47 d. əvvəl
-
-
1 saat əvvəl
18% gəlir təklif edən istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Bank “BTB” 2025-ci ili 2,4 milyon manat xalis mənfəətlə başa vurub
-
2 saat əvvəl
“Aztelekom”a vətəndaş müraciətlərinin sayı əhəmiyyətli dərəcədə azalıb
-
3 saat əvvəl
AFB Bankın son 6 ayda əmanət müştərilərinin sayında 80% artım!
- 3 saat əvvəl
-
3 saat əvvəl
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
AccessBank 2025-ci il üzrə maliyyə nəticələrini açıqladı
ADY-nin qəbul etdiyi blok-qatarların sayında böyük artım
AFB Bankın son 6 ayda əmanət müştərilərinin sayında 80% artım!
Ən çox oxunanlar
Azərbaycan neftinin son qiyməti
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
Trampdan yeni qərar: Çiplərə 25 faiz vergi tətbiq edilib
Tramp: Ukrayna üzrə sülh sazişini Putin deyil, Zelenski ləngidir
Rəsmi məzənnələr açıqlandı
"Kapital Bank"ın kredit portfeli 5,4 milyard manatı keçib
Sıfır xərclə ticarət mümkündür?























