Beynəlxalq Bank brend kimliyini və sloqanını yenilədi!
“Müasir, Faydalı, Universal”Azərbaycan Beynəlxalq Bankı özünün yenilənmiş brendini ictimaiyyətə təqdim edib. Bank bundan sonra fəaliyyətini qısaldılmış adı - “ABB” brend kimliyi altında davam etdirəcək.
Bankdan Marja-ya daxil olmuş məlumata görə, brend kimliyinin yenilənməsi qərarı maliyyə qurumunun apardığı məqsədyönlü transformasiya prosesinin növbəti addımıdır.
Son bir neçə ildə ABB-də genişmiqyaslı transformasiya layihələri reallaşdırılır. Bu layihələr sayəsində biznes-modelinin yenilənməsi, rəqəmsallaşma, müştəri xidmətinin mükəmməlləşdirilməsi, texnologiyaların inkişafı, istedadların cəlbi və yetişdirilməsi istiqamətində mühüm nəticələr əldə edilməkdədir. İndi isə Bankın həm keçmiş nailiyyətlərini, həm də gələcəyə strateji baxışını vahid ad altında bir araya gətirmək zamanıdır.
Brendin yeni atributları ABB-nin 30 illik təcrübəsinə, ənənələrinə, yaratdığı inama əsaslanır. Bankın İdarə Heyətinin sədri Abbas İbrahimov bildirib: “Brend kimliyimizi bazar trendlərinə, müştərilərimizin ehtiyaclarına, yaranmış yeni imkanlara uyğun gücləndiririk. Yeni loqotipimizin xarici kəskin künclərinin yumşaldılması və qapalı elementlərinin aradan qaldırılması dinamizmi və açıqlığı göstərir. Ənənəvi şəbəkə elementi isə brendimizin qloballığını və genişmiqyaslı fəaliyyətini ifadə edir”.
Bankın sloqanı da yenilənib. Sloqandakı “Müasir, Faydalı, Universal” kəlmələri müştərilərə və tərəfdaşlara təqdim olunan dəyərləri vurğulayır.
İctimaiyyət və KİV tərəfindən yeni brenddən istifadə normalarını təmin etməkdən ötrü Bankın veb səhifəsində Brend Mərkəzi yaradılıb. Brend Mərkəzinin müvafiq bölmələrində yeni brendin istifadə qaydaları təqdim olunub. Eyni zamanda yeni loqotipin fəlsəfəsi izah edilib. Brendin yenilənməsi ilə əlaqədar olaraq Bank geniş reklam kampaniyasına başlayıb. Bununla bağlı çöl reklamlarında və xidmət ofislərinin fasadlarında aparılan dəyişikliklər ilin sonuna qədər tam başa çatdırılacaq.
Bu əlamətdar hadisəyə reklam çarxı da həsr olunub. Videoçarx Bankdakı transformasiya proseslərinin davamlılığını, Bankın çoxçeşidli məhsul və xidmətlərini və son 30 ildə loqotiplərindəki dəyişikliklərin retrospektivini nümayiş etdirir. Videoçarxı buradan izləyə bilərsiniz.
ABB 10 yanvar 1992-ci ildə fəaliyyətə başlayıb. Bankın səhmlərinin 95.15%-i Azərbaycan dövlətinə məxsusdur. Ölkənin müxtəlif regionlarını əhatə edən 53 filialı və 24 şöbəsi ilə Bank fərdi və korporativ müştərilərə universal bank xidmətləri təqdim edir. 18 000-ə yaxın hüquqi, 1.3 milyondan çox fiziki şəxs müştəriyə xidmət göstərir. ABB istehsal, ticarət, kənd təsərrüfatı, nəqliyyat-kommunikasiya, energetika, neft-qaz və s. sahələrdə reallaşdırılan layihələrdə, müxtəlif sosial proqramlarda yaxından iştirak edir. Eyni zamanda iri, kiçik və orta sahibkarlıq fəaliyyətinin maliyyələşdirilməsinə fəal dəstək verir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 5 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
- 10 d. əvvəl
- 39 d. əvvəl
-
1 saat əvvəl
İrana və Gürcüstana gedən Azərbaycan vətəndaşlarının sayı azalıb - 31,4 faiz və 7,1 faiz azalma
-
1 saat əvvəl
Azərbaycana turist axını 10%-dən çox, körfəz ölkələrindən gələnlərin sayı 28 faiz azalıb
-
1 saat əvvəl
Kapital Bank dünyaca məşhur “Federated Hermes Limited” şirkəti ilə əməkdaşlığa başladı
-
2 saat əvvəl
“Maliyyə passivliyinə qarşı “peyvənd”: Səhm, IPO və investor təfəkkürü” - MÜSAHİBƏ
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 23 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
İrşadda böyük “Yaşıl Cümə” fürsəti başladı!
Azərbaycana turist axını 10%-dən çox, körfəz ölkələrindən gələnlərin sayı 28 faiz azalıb
ABB səhmdarlarına dividend ödənişi başa çatdı
Ən çox oxunanlar
Dolların 50 Türkiyə lirəsinə yüksələcəyi proqnozu verilib
Rəsmi məzənnələr açıqlandı
Natura meyvə şirələri daha bir sosial layihənin təşkilatçısı oldu
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 23 GÜN
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
Tramp: Netanyahu mən nə istəsəm, onu edəcək
“Azercell CUP 2026” müsabiqəsinə start verilir






.jpg)
.jpg)







.jpg)






