Avropada təbii qaz qiymətləri 13 ilin ən yüksək səviyyəsində
Avropada təbii qaz qiymətləri istehsalın azalması ilə əlaqədar olaraq 2008-ci ildən bu yana ən yüksək səviyyəyə çatıb.
Marja xəbər verir ki, son 13 ilin ən yüksək səviyyəsinə qalxan qiymətlərdəki bu artım enerji inflyasiyasına dair narahatlıqları artırıb.
Təbii qazın qiyməti Hollandiyada bazar ertəsi günü 2% artaraq 2008-dən bu yana ən yüksək səviyyəyə çatıb. Keçmiş alış-satış meneceri Sarah Behbehani mövzu ilə əlaqədar olaraq, "Avropa Birliyində treyderlər heç satmır. Hazırda Hollandiyada bazar qorxu və narahatlığı qiymətlərdə əks etdirir" deyib.
Bəzi analitiklər əmtəə qiymətlərindəki artım ilə bazarın yeni bir "super dövrə" girdiyini düşünür.
Avropada bu an təbii qazın az olmasına görə bəzi enerji istehsalı təsisləri kömür ilə enerji istehsalına daha çox yönəliblər, bu da iqlim böhranına qarşı göstərilən mübarizədə geriləmədir.
"Şimal Axın 2"nin açılmasına gedərək daha az bir müddət qalarkən, Rusiya da Ukrayna üzərindən təmin etdiyi qaz tədarükünü azaldır. Çində artan tələb isə təbii qazın Asiyaya yönəlməsinə səbəb olur.
Avropa Qaz İnfrastruktur İdarəsinə görə, Avropada anbarlardakı ehtiyatlar hazırda normal səviyyədən 20% aşağıdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
-
52 d. əvvəl
"Ermənistan Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz əlaqəni təmin etməyə hazırdır"
-
-
53 d. əvvəl
"Anglo Asian Mining" Azərbaycanda qızıl hasilatını 2 dəfəyə yaxın artırıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
18% gəlir təklif edən istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Bank “BTB” 2025-ci ili 2,4 milyon manat xalis mənfəətlə başa vurub
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Geely-nin yeni flaqman modeli Galaxy M9 artıq Azərbaycanda!
Azərbaycanda şirkətlərin sayı 204 mini də keçdi
Ən çox oxunanlar
ADY-nin qəbul etdiyi blok-qatarların sayında böyük artım
Bank “BTB” 2025-ci ili 2,4 milyon manat xalis mənfəətlə başa vurub
AFB Bankın son 6 ayda əmanət müştərilərinin sayında 80% artım!
Azərbaycan neftinin son qiyməti
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
Trampdan yeni qərar: Çiplərə 25 faiz vergi tətbiq edilib
Tramp: Ukrayna üzrə sülh sazişini Putin deyil, Zelenski ləngidir





















