Çin metal qiymətləri üçün hərəkətə keçdi
Metal qiymətlərini aşağı salmaq istəyən Çin mis, alüminium və sink ehtiyatlarının bir qisimini satışa çıxaracaq.Çin, sənaye əmtəə qiymətlərindəki artımı dayandırmaq üçün milli ehtiyatlarındakı bəzi sənaye metallarını satışa çıxarmağı planlaşdırır.
Marja xəbər verir ki, bəzi analitiklər dünyanın ən böyük mədən filizləri və metal istehlakçısı olan Çinin on ildir ilk dəfə belə bir addım atacağını bildirirlər.
Ölkənin qida və strateji ehtiyatlardan məsul təşkilatı, internet saytında yerləşdirdiyi məlumatda, şirkətlərə "yaxın gələcəkdə hərrac ilə mis, alüminium və sink satışı edəcəyini açıqlayıb.
Ehtiyat satışında məqsəd, bu il koronavirus pandemiyasından sonra iqtisadi inkişafın sürətlənməsilə artan metal qiymətlərinin qarşısını almaqdır.
Çində May ayında istehsalçı qiymətləri indeksi (istehsal inflyasiyası) artan əmtəə qiymətlərinə görə 12 ilin ən sürətli illik artımını qeyd edib.
Çin strateji ehtiyatlarından sonuncu dəfə 2012-ci ildə satış etmişdi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
-
51 d. əvvəl
"Ermənistan Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz əlaqəni təmin etməyə hazırdır"
-
-
52 d. əvvəl
"Anglo Asian Mining" Azərbaycanda qızıl hasilatını 2 dəfəyə yaxın artırıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
18% gəlir təklif edən istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Bank “BTB” 2025-ci ili 2,4 milyon manat xalis mənfəətlə başa vurub
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Geely-nin yeni flaqman modeli Galaxy M9 artıq Azərbaycanda!
Azərbaycanda şirkətlərin sayı 204 mini də keçdi
Ən çox oxunanlar
ADY-nin qəbul etdiyi blok-qatarların sayında böyük artım
Bank “BTB” 2025-ci ili 2,4 milyon manat xalis mənfəətlə başa vurub
AFB Bankın son 6 ayda əmanət müştərilərinin sayında 80% artım!
Azərbaycan neftinin son qiyməti
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
Trampdan yeni qərar: Çiplərə 25 faiz vergi tətbiq edilib
Tramp: Ukrayna üzrə sülh sazişini Putin deyil, Zelenski ləngidir






















