"Faizin artırılmasını müzakirə etmək üçün tezdir"
Powell: "Qiymətli kağız alışı əhəmiyyətli bir irəliləyiş olana qədər davam edəcək"ABŞ Mərkəzi Bankının (Fed) sədri Jerome Powell, Federal Açıq Bazar Komitəsinin (FOMC) iyun ayı iclasından sonra keçirdiyi mətbuat konfransında, "Qiymətli kağız alışı əhəmiyyətli bir irəliləyiş olana qədər davam edəcək" deyib.
MArja xəbər verir ki, Jerome Powell, "Epidemiyadan ən çox təsirlənən sektorlar zəif olsa da yaxşılaşma göstərdi. İqtisadi aktivlik və məşğulluq göstəriciləri yaxşılaşdı. Sürətli artımların əksəriyyəti böhrandan çıxışı əks etdirir. Eyni zamanda risklər də qalır. İnflyasiya son aylar nəzərəçarpacaq dərəcədə artıb. İnflyasiyadakı artım baza təsirlərini qismən əks etdirir", - deyib.
Jerome Powell, "İnflyasiya gözləniləndən daha yüksək ola bilər və qalıcı ola bilər. İnflyasiyanın bir müddət 2% səviyyədən yuxarı olacağını gözləyirik" deyib.
Powell, "Pandemiya narahatlıqlarına görə hələ də işləməyən çox sayda insan var. İnflyasiya son bir neçə ayda gözləntilərin üzərində olub və azalacağını gözləyirik. Uzun müddətə baxırıq. Uzunmüddətli inflyasiya gözləntilərinin hədəfə doğru yüksəldiyini görmək çox yaxşıdır" deyib.
Powell, faizin artırılmasını müzakirə etmək üçün erkən olduğunu söyləyib: "İstiqraz alışlarımızı azaltmadan əvvəl bazar ilə əlaqə quracağıq. Hədəflərimizdən uzağıq. Ters repo faizlərin arzu edilən səviyyədə qalmasına kömək edir" deyib.
Çox güclü bir əmək bazarına çox sürətlə çatacaqlarını qeyd edən Jerome Powell, "Əmək haqqı məlumatlarında narahatedici bir şey görmürük. Əlavə likvidlik dəstəyi üzərində işləyirik. İnflyasiyada davamlı bir artım gözləməyə ehtiyac yoxdur" deyib.
Powell, "inflyasiya çox yüskək qalsa alətlərimizi istifadə etməyə hazırıq. İnflyasiyaya təzyiq göstərən qlobal amillər hələ də mövcuddur. Yenidən açılmanın qiymətlərə təsiri barədə qəti məlumat yoxdur. Daha yüksək təbii faiz dərəcəsi faiz endirimlərinə daha çox yer yaradacaqdır. Təbii faiz dərəcəsi dəqiq müəyyənləşdirilə bilməz. FED qiymət təzyiqlərinin müvəqqəti olduğunu düşünür. Qiymətli kağız alışının azaldılmasına bazar reaksiyasının qarşısını almaq üçün əlimizdən gələni edəcəyik" deyib.
Həmçinin oxu
Fed faiz qərarını açıqladıMüştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
12 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 12 saat əvvəl
- 13 saat əvvəl
-
13 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 13 saat əvvəl
- 14 saat əvvəl
- 15 saat əvvəl
-
15 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)















