Adını yeniləmiş kredit təşkilatı zərərə düşüb
“M Bulak” Bank Olmayan Kredit Təşkilatı MMC (keçmiş “Mol Bulak” Bank Olmayan Kredit Təşkilatı) 2020-ci ili 309 min manat xalis zərər ilə başa vurub. Halbuki, təşkilat 2019-cu ili 2 milyon 796 min manat xalis mənfəət ilə bağlamışdı. Ehtiyatlara ayırmanın və ödənilən mənfəət vergisinin artması BOKT-ın zərərə düşməsinə səbəb olub.
Marja şirkətin maliyyə hesabatlarına istinadən xəbər verir ki, 2019-cu ildə 8 milyon 841 min manat təşkil etmiş faiz gəlirləri 2020-ci ildə 8 milyon 518 min manata geriləyib.
2020-ci ildə Təşkilat haqq və komissiya əməliyyatları üzrə 173 min manat zərər edib. 2019-cu ildə bu zərər 163 min manat olmuşdu.
2020-ci ildə “M Bulak”ın cəmi əməliyyat gəlirləri 10 milyon 217 min manat (2019-da 9 milyon 405 min manat), cəmi əməliyyat xərcləri 9 milyon 80 min manat (2019-da 5 milyon 699 min manat), əməliyyat mənfəəti 1 milyon 137 minmanat (2019-da 3 milyon 706 min manat ) təşkil edib.
2019-cu illə müqayisədə 2020-ci ildə “M Bulak”ın maliyyə aktivlərinin dəyərsizləşməsi üzrə ehtiyatlara ayırması 5.2 dəfə artaraq 5 milyon 582 min manat təşkil edib (2019-da 1 milyon 70 min manat). Ehtiyatlara ayırmanın kəskin artması “M Bulak”ın əməliyyat mənfəətinin də kəskin azalmasına səbəb olub.
Ötən il “M Bulak”, 1 milyon 137 min manat əməliyyat mənfəətinə qarşı (2019-da 917 min manat) 1 milyon 449 min manat mənfəət vergisi ödədiyindən ili 309 min manat xalis zərər ilə bağlayıb.
Qeyd edək ki, maliyyə aktivlərinin (o cümlədən kreditlər) dəyərində azalma yaranması ilə bağlı hər hansı bir sübut olduğu hallarda maliyyə təşkilatı bu aktivlər üzrə itkiləri qarşılamaq məqsədilə ehtiyat yaradır. “M Bulak”ın ehtiyatlara ayırmasının kəskin artması aktivləri ürə riskin artdığına işarədir.
TƏŞKİLAT KİÇİLİB
2019-cu illə müqayisədə 2020-ci ildə “M Bulak”ın cəmi aktivləri 25 milyon 64 min manatdan 15 milyoin 367 min manata, o cümlədən müştərilərə verilmiş cəmi kreditlər 17 milyon 697 min manatdan 12 milyon 33 min manata düşüb.
Qeyd edək ki, 2021-ci ilin əvvəlində “M Bulak” MMC bank olmayan kredit təşkilatının (BOKT) direktoru, Qırğızıstan vətəndaşı Ernest Uraimov vəzifəsindən azad edilib. BOKT-a rəhbərlik yenə də adı çəkilən ölkənin vətəndaşı Altun Şakirovaya həvalə olunub.
Xatırladaq ki, “M Bulak” 2005-ci ildən fəaliyyət göstərən “İnvest Kredit” MMC-nin bazasında 2011-ci ildə "Mol Bulak" adı ilə yaradılıb, 2020-ci ildə yenidən rebrendinq edib. Onun nizamnamə kapitalı 10 milyon 408 min manatdır. Təşkilatın səhmdarları Tolbaev Babyrzhan (4.07) və Kokarev Alexeydir (95.93).
31 dekabr 2020-ci il tarixinə “M Bulak”ın 26 (2019-da 26) filialı olmuşdur. 31 dekabr 2020-ci il tarixinə Şirkətin işçilərinin ümumi sayı 189 nəfər (31 dekabr 2019-da 211 nəfər) olmuşdur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
2 saat əvvəl
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
-
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
-
3 saat əvvəl
"Bakı-Tbilisi sərnişin qatarı bərpa olunur" xəbəri ilə bağlı rəsmi açıqlama
- 4 saat əvvəl
-
4 saat əvvəl
Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirmə işlərinin yekun qəbulu təsdiqləndi
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
Sement ixracı azalıb
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Ən çox oxunanlar
Kartof ixracı 2 dəfədən çox artıb
Nar ixracında həm həcm, həm də gəlir azalıb
Xurma ixracında azalma qeydə alınıb
Alma ixracında həm həcm, həm də gəlir artıb
Fındıq ixracından gəlir kəskin artıb
Pomidor ixracında həcm azalsa da, gəlir cüzi artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub






.jpg)











.jpg)








