“Astara Çay” istehsal gücünü 6 dəfəyə qədər artırır
“Astara Çay” MMC çay istehsalı fabrikinin istehsal gücünü təxminən 6 dəfəyə qədər artırmaq və yaşıl çay istehsalı ilə bağlı layihələr çərçivəsində yaponiyalı mütəxəssislərlə görüşlər keçirib.
“Marja” xəbər verir ki, “Astara Çay” MMC ən müasir texnologiya və avadanlıqlarla təmin edilmiş çay fabrikinin günlük istehsal gücünü 58 tona çatdırmaq layihəsi çərçivəsində Yaponiyadan gəlmiş mütəxəssislərlə növbəti görüş keçirib.
Yapon mütəxəssislər “Kavasaki” şirkətini təmsil edirlər. 5 gün davam edən işgüzar səfər çərçivəsində Fabrikin istehsal gücünün günlük 48 ton artırılması və eyni zamanda yaşıl çay istehsal xəttinin quraşdırılması layihələri müzakirə edilib, Şirkət rəhbərliyinə yeni təkliflər verilib.
2015-ci ildən fəaliyyətə başlayan çay fabrikimizdəki mövcud istehsalat avdanlıqlarının bir hissəsi də məhz Yaponiyanın “Kavasaki” şirkətindən alınmış və həmin şirkətin mütəxəssisləri tərəfində quraşdırılmışdı. Qeyd etmək lazımdır ki, hazırda Çay Fabrikinin günlük istehsal gücü 10 tondur.
Bundan əlavə yapon mütəxəssislər Şirkətin əməkdaşlarına istehsal prosesi ilə bağlı təlimlər də keçiblər.
"Astaraçay" MMC 2010-cu uldən etibarən Azərbaycanın subtropik bölgəsi olan Astara-Lənkəran rayonlarında çay sahələrinin salınmasına başlamış və bugünə kimi 450 hektar sahədə plantasiya salınmışdır.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 23 saat sonra
-
- 12 d. əvvəl
- 14 d. əvvəl
-
1 saat əvvəl
Meqa Sığorta Qrupunun Sumqayıt filialı yeni konsepsiyada istifadəyə verilib
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Ələt Azad İqtisadi Zonasında istehsalın azı 75 %-nin ixrac edilməsi hədəflənir"
- 1 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
Yenidən 150 dollar ssenariləri gündəmdədir
Ələtdə yük hava limanı gələn il istifadəyə veriləcək
Ən çox oxunanlar
Keyfiyyətsiz un sahibkarın qazancını necə “yeyir”?
Mərkəzi Bank daha bir beynəlxalq təşkilata üzv olub
Bakı-Qəbələ-Bakı qatarları Ucar stansiyasında da dayanacaq






















