“AGBank” “PAŞA Həyat Sığorta”nın məhsulunu satacaq
“PAŞA Həyat Sığorta” şirkəti “Ailəmin PAŞA Güvənliyi” adlı fərdi həyat sığortası məhsulunun satışı istiqamətində ölkənin ən tanınmış banklarından biri olan “AGBank” la əməkdaşlığa başlayıb. Bu barədə "Marja"ya “AGBank”dan bildirilib.
Qeyd edək ki, “Ailəmin PAŞA Güvənliyi” sığorta məhsulunu əldə edən şəxs istənilən səbəbdən ölüm və ya I qrup əlillik halı ilə rastlaşdığı zaman özü (yalnız əlillik halı nəzərdə tutulur) və ya ailəsi üçün sığorta məbləği həcmində maddi təminat əldə etmiş olur. Sığorta hadisəsi baş verdikdə sığorta məbləğinin faydalanan şəxsə ödənilməsi şərtini də (birdəfəlik və ya aylıq bərabər hissələrlə) müştəri əvvəlcədən özü müəyyən edə bilir. “Ailəmin PAŞA Güvənliyi” məhsulu üzrə təminat 60.000 AZN və 30.000 USD-yə qədər olduqda sığorta olunan şəxsdən tibbi müayindən keçmək tələb olunmur. Sığorta məbləğinin maksimal həcmi isə 500.000 AZN və ya 250.000 USD həcmində müəyyənləşib.
Artıq bu gündən etibarən istənilən şəxs “AGBank”ın Bakı şəhəri və regionlarda yerləşən istənilən filialından “Ailəmin PAŞA Güvənliyi” adlı məhsulu əldə edə biləcək.
Qeyd edək ki, 1992-ci ildə fəaliyyətə başlayan AGBank, bu il özünün 25-ci yubiley ilinə qədəm qoyub.
Müştərilərin xəbərləri
Xalq Bank 2026-cı ilin 1-ci rübünü xalis mənfəətlə bağlayıb - BANKIN SON MALİYYƏ VƏZİYYƏTİ MƏLUM OLDU
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Bank" səhmlərinə sahib olun!
“Bank Respublika”nın xalis mənfəəti 18 faizə yaxın artıb
Azərbaycan neftinin son qiyməti - 7 dollardan çox ucuzlaşıb
Rəsmi məzənnələr açıqlandı
"Turanbank"ın xalis mənfəəti 2 dəfədən çox artıb
PAŞA Bank-ın xalis mənfəəti 10%-ə yaxın artıb
Ən çox oxunanlar
Tramp İranla müharibənin “bitməyə çox yaxın” olduğunu dedi
“İki gün ərzində Pakistanda ABŞ–İran görüşü baş tuta bilər”
Xalq Bank 2026-cı ilin 1-ci rübünü xalis mənfəətlə bağlayıb - BANKIN SON MALİYYƏ VƏZİYYƏTİ MƏLUM OLDU
Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Qarabağ filialı açılıb
TƏBİB-ə yeni İcraçı direktor təyin edildi
Fövqəladə hallar nazirinə iki yeni müavin təyin olunub
"Ziraat Bank Azərbaycan"ın xalis mənfəəti 1,6 dəfə artıb






.jpg)
.jpg)







.jpg)


