Maliyyə Nazirliyi: Beynəlxalq Bankın borcları Azərbaycanın suveren borclarına daxil ediləcək
“Azərbaycan Beynəlxalq Bankı” ASC-nin (ABB) dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 15 iyul 2015-ci il tarixli 570 nömrəli Fərmanında nəzərdə tutulmuş zəruri tədbirlərin icrası çərçivəsində ABB-nın xarici borcunun müəyyən hissəsinin Azərbaycan Respublikasının suveren öhdəliklərinə daxil edilməsi yoluyla ümumi kapitala nisbətdə borc səviyyəsinin azaldılması ilə bağlı kompleks tədbirlərin növbəti mərhələsinə başlanılmışdır.
Maliyyə Nazirliyinin mətbuat xidmətindən “Marja”ya daxil olmuş məlumata görə, Bu mərhələdə ölkənin ən böyük və sistem əhəmiyyətli bankı olaraq hesablaşmaların və sosial ödənişlərin həyata keçirilməsində, əhaliyə geniş spektrli bank xidmətlərinin göstərilməsində vacib rolu olan ABB-nın dövlət və xarici kreditorlardan valyutada cəlb olunmuş öhdəliklərinin bir hissəsinin Azərbaycan Respublikasının suveren öhdəliklərinə daxil edilməsi nəzərdə tutulur.
Azərbaycan Respublikası Maliyyə Nazirliyi bildirir ki, ABB-nın sağlamlaşdırılması istiqamətində, o cümlədən kapital və likvidlik səviyyəsinin qorunması məqsədiylə hökumət tərəfindən bir çox tədbirlər həyata keçirilmiş, bir sıra tədbirlər isə hazırda icra olunmaqdadır. O cümlədən, bankın toksik aktivlərinin balans dəyəri ödənilməklə dövlətə məxsus qurum tərəfindən alınmış, bankın nizamnamə kapitalına əlavə kapital yerləşdirilmiş, əmanətçilərə əmanətləri üzrə dövlət tərəfindən zəmanət verilmişdir.
Bununla belə, bankın xarici valyutada ifadə olunmuş böyük həcmdə öhdəliklərinin mövcudluğu, 2016-cı ildə manatın məzənəsinin əsas xarici valyutalara nisbətən ucuzlaşması bankın zərərini bir qədər də artıraraq kapital mövqeyinə mənfi təsir göstərmişdir.
Bununla əlaqədar bank tərəfindən xarici kreditorlar qarşısında xarici valyutada olan öhdəliklərinin Maliyyə Nazirliyinə ötürülməsinə dair restruktizasiya proqramı hazırlanmışdır.
Təklif olunan restruktizasiya proqramı bankın cəlb edilmiş borc səviyyəsinin əhəmiyətli dərəcədə azaldılmasına imkan verməklə ABB-nın sağlamlaşdırılması üzrə həyata keçirilən tədbirlərə əlavə təkan olacaq, bankın etibarlılığının, uzunmüddətli maliyyə dayanıqlılığı təmin olunmasına və gələcəkdə özəlləşdirilməsinin asanlaşdırılmasına müsbət töhfə verəcəkdir.
Maliyyə Nazirliyi bəyan edir ki, atılacaq restruktizasiya addımları, kreditorlar qarşısında ABB-nın öhdəliklərinin dövlət öhdəliklərlə əvəz edilməsi (Bu məqsədlə kreditorların xeyrinə xarici valyutada dövlət istiqrazlarının verilməsi nəzərdə tutulur) planına Azərbaycan Hökuməti tərəfindən razılıq verilməsi ABB-nın sağlamlaşdırılmasına yönəlmiş vacib adımlar olmaqla yanaşı, bankın kreditorlarına əlavə əminlik və dəstək verilməsinə hesablanmışdır.
Müxtəlif ölkələrdə, o cümlədən ABŞ, Böyük Britaniya, İrlandiya və digər dövlətlərdə də bank sektoruna dəstək məqsədilə tətbiq olunmuş bu təcrübə bankın ümumi kapitala nisbətdə borc səviyyəsinin azaldılmasını, maliyyə durumunun sağlamlaşdırılmasını, fəaliyyətinin səmərəliliyinin artırılmasını, ölkə iqtisadiyyatını dəstəkləyən güclü maliyyə insitituna çevrilməsini təmin edəcəkdir.
Bəyan edilən adımlar ABB-nın bütün digər öhdəlikləri üzrə, o cümlədən Azərbaycan Respublikası vətəndaşlarının, hüquqi şəxslərin və digər qeyri-rezidentlərin milli və xarici valyutada əmanətləri və bank hesabları üzrə əməliyyatları cari rejimdə davam edəcəkdir. Bu öhdəliklərin icrası üçün bank yetərli həcmdə sərbəst maliyyə vəsaitlərinə malikdir.
Azərbaycan Respublikası Maliyyə Nazirliyi “Azərbaycan Beynəlxalq Bankı” ASC ilə birlikdə yuxarıda qeyd olunan tədbirlərin həyata keçirilməsinə zəruri dəstək verir və vaxtaşırı bu barədə əlavə məlumat veriləcəkdir.
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 4 saat əvvəl
-
- 4 saat əvvəl
-
4 saat əvvəl
Onlayn kredit istifadəsində yeni tendensiya: Aylıq ödəniş hesablaması ön planda
- 13 saat əvvəl
-
1 gün əvvəl
NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstəyini davam etdirir
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 2 gün əvvəl
- 3 gün əvvəl
-
3 gün əvvəl
Azərbaycanda süd istehsalı həcminin 10 %, ət istehsalının 20 % artırılması nəzərdə tutulur
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 18 GÜN
“Günaydın” restoranı yeni filialını açır
“Pizza Mizza”nın “28 May” filialı açılıb
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
“Qarabağ Tekstil Evi” istifadəyə verildi - Yataq dəsti, çarpayı və divan örtüyü, dəsmal və digər məhsullar istehsal edir
İş əlcəkləri istehsalı müəssisəsinin açılışı oldu
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
Azərbaycanda beynəlxalq sığorta forumu keçiriləcək
SOCAR Çn şirkətilə “Abşeron” layihəsi çərçivəsində mümkün əməkdaşlığı nəzərdən keçirib
Avenue 8 öz fərqli memarlıq fəlsəfəsi ilə WUF 13 forumunda – VİDEO
“Avrora Qrup” Qurban Bayramı münasibətilə aztəminatlı ailələrə bayram sovqatı çatdırıb






.jpg)
.jpg)



.jpg)



.jpg)








