London aeroportu rekord zərər edib - 3,4 milyard dollar
Pandemiya səbəbindən sərnişindaşıma 91% azalıb.Böyük Britaniyanın ən iri, beynəlxalq tranzit sərnişin daşımalarına görə dünyanın ikinci və sərnişin sıxlığına görə Avropanın üçüncü ən böyük hava limanı olan Heathrow aeroportu hələ də koronavirus pandemiyasından ən çox ziyan çəkənlərdən biridir.
Marja xəbər verir ki, bugünkü açıqlamada aeroport rəsmiləri 2021-ci ilin birinci rübünü 329 milyon funt-sterlinq (459 milyon dollar) zərərlə başa vurduqlarını bildiriblər. Pandemiya başlayandan bəri aeroportun itkiləri 2,4 milyon funta (3,4 milyard dollara) çatıb.
Cari ilin ilk rübündə aeroport vasitəsilə cəmi 1,7 milyon sərnişin səyahət edib ki, bu da 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 91% azalma deməkdir. Əvvəlki illərdə proqnozlaşdırılan illik 81 milyon sərnişin dövriyyəsi ilə müqayisədə bu il ən yaxşı halda 13-36 milyon nəfərin hava limanının xidmətlərindən istifadə edəcəyi gözlənilir.
Britaniya aviasiya sənayesi ümumilikdə qlobal peyvənd proqramı və iqtisadi sahələrin bərpası ilə əlaqədar mayın sonundan başlayaraq səyahətlərin də canlanacağına ümid edir. Lakin bir çox ölkədə turizm mövsümünün nə vaxt açılacağı barədə qeyri-müəyyənlik və rəqəmsal vaksin pasportu mexanizminin işləmə mexanizminin tam aydın olmaması rahatlaşmağa imkan vermir.
Heathrow rəsmiləri aeroportun məruz qaldığı zərərin bir hissəsini qarşılamaq üçün aviaşirkətlərə hər sərnişinə görə əlavə 30 pens xidmət haqqı tətbiq etməyi planlaşdırır. Şirkət həmçinin aralarında İspaniyanın transmilli nəqliyyat şirkəti olan Ferrovial-ın (25%), Qətər dövlətinin suveren rifah fondu Qatar Holding-in (20%), Sinqapur Dövlət İnvestisiya Korporasiyasının (11,20%), Çin İnvestisiya Korporasiyasının (10%) və başqalarının olduğu səhmdarların tələblərini yerinə yetirmək üçün əlavə 2,6 milyard funt vəsait cəlb etmək istəyir. Lakin Britaniya Mülki Aviasiya Qurumu “bu prosesin müştərilərin maraqlarına xidmət etmədiyini” əsas gətirərək, cəmi 300 milyon funt-sterlinq cəlb etməyə icazə verib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
7 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 7 saat əvvəl
- 8 saat əvvəl
-
9 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 9 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
11 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)
.jpg)














.jpg)

